Abstract

Introduction: When fetal death is detected in pregnant women, it is important to terminate the pregnancy safely and effectively in order to protect the health of the mother. Medical stimulation is a less invasive, minimally invasive and safe method for the patient. Instrumental abortions are also used. However, sometimes performing an instrumental abortion can lead to serious complications: infection, irregular bleeding and endometrial damage. Situations that are indications for instrumental abortion should be correctly selected, evaluated and the intervention should be performed by an experienced specialist and team. Purpose of the study: To discuss in detail the detection of complications after instrumental abortion in a patient with preterm pregnancy, to make an accurate diagnosis and to choose the right treatment method, to prevent possible complications during instrumental abortion in II trimester fetal deaths and to emphasize the importance of a multidisciplinary approach. Materials and methods: The 31-year-old patient G.N. analyzed in this clinical presentation. On July 17, 2025, she applied to the Department of Obstetrics and Gynecology of the Moscow State University Hospital with complaints of delayed menstruation, brown, odorous discharge from the vagina, and pain in the lower abdomen. The patient's first pregnancy ended in 2024 by cesarean section, and the second pregnancy was terminated by instrumental abortion at 19 weeks of gestation due to fetal growth arrest. After the abortion, the patient developed complaints such as subfebrile fever, irregular, odorous vaginal bleeding, and fatigue, and repeated instrumental interventions were performed twice with an interval of 2 weeks. During the hospitalization of the patient, general laboratory examinations, biochemical analyses, hemostasis indicators, and infectious serology tests, as well as instrumental examinations were performed. Based on the diagnoses of "Incomplete abortion with unspecified complications. Chronic salpingitis. Chronic endometritis. Menometrorrhagia. Pelvic pain", the patient was deemed suitable for the "Foreign body (bone fragments) removal by hysteroscopy" operation. After the anesthesiologist's examination and preoperative preparation, the patient was scheduled for "Foreign body removal by hysteroscopy" operation on 18.07.2025. During the operation, the site of the iatrogenic hole resulting from the abortions in the uterus was detected, a laparoscopic method was used for revision and removal, bone fragments were removed, and the hole was repaired. During the control examinations conducted 1 week and 1 month after the operation, the patient's condition remained stable, and no signs of delayed complications or complications were observed. Conclusion: This clinical presentation describes a pathological condition associated with uterine perforation and intrauterine bone remnants after repeated instrumental abortions performed against the background of fetal growth arrest in the second trimester. As a result of repeated invasive interventions, the patient developed chronic endometritis, salpingitis, and synechiae in the uterine cavity, which were accompanied by diagnostic difficulties and treatment complications. In the case of fetal deaths in the second trimester of pregnancy, it is extremely important to be careful when choosing an instrumental abortion, to involve a specialist and experienced team, to take into account the anatomical condition of the uterus and previous operations, and to perform endometrial curettage under ultrasound guidance. The use of endoscopic methods in patients presenting with post-abortion complications is of both diagnostic and therapeutic importance. This clinical case also once again demonstrates the importance of a multidisciplinary approach: it is possible to achieve a correct diagnosis and effective treatment with the joint participation of a gynecologist, anesthesiologist, radiologist, and pathologist.

Full article

Giriş: Hamilə qadınlarda fetal ölüm aşkarlandıqda ananın sağlamlığını qorumaq məqsədilə hamiləliyin təhlükəsiz və effektiv şəkildə sonlandırılması vacib və zəruridir. Hamiləliyin sonlandırılmasında konservativ və cərrahi üsullar mövcuddur. Adətən ilkin seçim olaraq medikamentoz stimulyasiya üsuluna üstünlük verilir. Medikamentoz stimulyasiya az invaziv, ağırlaşma riski minimal və pasiyent üçün təhlükəsiz üsuldur. Lakin bəzi klinik vəziyyətlərdə medikamentoz stimulyasiyanın tətbiqi məhdudlaşa, icrası çətinlik törədə və ya mümkün olmaya bilər. Həmçinin xəstənin istəyi və ya digər tibbi göstərişlərə əsasən, xüsusilə II trimestrdə instrumental abort metodunun seçilməsi mümkündür. Hamiləliyin II trimestrində uşaqlığın həcmi və vaskulyarizasiyası artdığı üçün instrumental abort aparmaq ciddi ağırlaşmalara gətirib çıxara bilər. Bu risklərə uşaqlıq divarının perforasiyası, əməliyyat zamanı və ya sonra yaranan güclü qanaxma, infeksiya və fertilliyə ciddi təsir göstərən uşaqlıqdaxili yapışmaları (Asherman sindromu) aid etmək olar. Uşaqlıq boşluğunda qalığın qalması instrumental abortun ciddi ağırlaşmalarından biri olub, yetərli küretaj aparılmadıqda infeksiya, qeyri müntəzəm qanaxma və endometriumun zədələnməsi kimi fəsadlara səbəb ola bilər. Həmçinin uşaqlıq boynunun travması və anesteziya ilə bağlı ola bilən ağırlaşmalar da nəzərə alınmalıdır. Nəticədə instrumental abort göstərişi olan vəziyyətlər düzgün seçilməli, dəyərləndirilməli və müdaxilə təcrübəli mütəxəssis və komanda tərəfindən icra olunmalıdır.

Tədqiqatın məqsədi: Bu klinik təqdimatda, 19 həftəlik inkişafdan qalmış hamiləliyi olan pasiyentdə aparılan instrumental abortdan sonrakı ağırlaşmanın aşkar edilməsi, dəqiq diaqnozun qoyulması və düzgün müalicə üsulunun seçilməsi geniş şəkildə müzakirə olunacaqdır. Təqdimatın məqsədi II trimestr fetal ölümlərdə instrumental abort zamanı ola biləcək fəsadların qarşısını almaq üçün lazım olan tədbirlər görmək və multidissiplinar yanaşmanın vacibliyini vurğulamaqdır.

Material və metodlar: Bu klinik təqdimatda təhlil olunan 31 yaşlı pasiyent G.N. 17 iyul 2025-ci il tarixində aybaşı gecikməsi, uşaqlıq yolundan qəhvəyi, iyli ifrazat və qarının aşağı hissəsində ağrı şikayətləri ilə Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinə müraciət etmişdir. Anamnez məlumatına əsasən, pasiyentin I hamiləliyi 2024-cü ildə Keysəriyyə kəsiyi əməliyyatı ilə başa çatmışdır. II hamiləlik 2025-ci ilin əvvəlində təyin edilmişdir. Pasiyentin ifadəsinə görə, ultrasəs müayinəsi (USM) olunmuş və 19 həftəlik hestasiya dövründə döl inkişafının dayanması (intrauterin fetal ölüm) aşkar olunmuşdur. Hamiləlik eyni klinik mərkəzdə instrumental abortla sonlandırılmışdır. Abort prosedurundan sonra pasiyentdə subfebril qızdırma, qeyri müntəzəm, iyli vaginal qanaxma və halsızlıq kimi şikayətlər inkişaf etmiş və bu əlamətlər fonunda yenidən eyni tibb müəssisəsinə müraciət etmişdir. Klinik simptomların davamlı xarakter alması səbəbi ilə pasiyentə təqribən 2 həftə ara ilə 2 dəfə təkrar instrumental müdaxilə icra olunmuşdur. 17.07.2025 tarixində Mərkəzi Gömrük Hospitalının mama-ginekologiya şöbəsinə müraciət etmiş, xəstə müayinə və USM olunmuşdur. Anamnezində son normal menstruasiyanın ilk günü: 07.07.2025 təsbit edilmişdir. Transvaginal USM nəticəsi: Uşaqlığın vəziyyəti RF/RV-dir, ölçüləri: 51x34x58 mm olub, kənarları hamardır. Exoquruluşu: homogendir. Endometrium: 3 mm qalınlıqda olub, düzənsizdir. Endometrial boşluqda uşaqlığın aşağı seqmentində, uşaqlıq boynuna yaxın hissədə, ölçüləri 13x3 mm olan hiperexogen sahə (yad cisim-sümük?) izlənildi. Sağ yumurtalıq ölçüləri 25x15x19 mm, sol yumurtalıq ölçüləri 30x18x23 mm olub, strukturları həmcinsdir. Çanaqda patoloji hala rast gəlinmədi.

Status praesens: Ümumi vəziyyəti kafi, huşu aydın, aktivdir. Bədən temperaturu 36.6 C. Vizus  aydındır. Baş ağrıları yoxdur. Dəri və görünən selikli qişaları açıq çəhrayı rəngdə olub, normaldır. Dərialtı piy təbəqəsi normal inkişaf etmişdir. Dili nəm, ərpsizdir. Palpasiyada qarnı yumşaq, ağrısızdır. Hər iki ağciyərdə auskultasiyada vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydındır. A/T 116/72 mm Hg sütunudur. Nəbzi 1 dəqiqədə 84 vurğudur, ritmikidir, kafi dolğunluqdadır. Qaraciyər və dalaq əllənmir. Pasternatski simptomu hər iki tərəfdə mənfidir. Aşağı ətraflarda ödem qeyd olunmur, varikoz damarlar izlənilmir. Fizioloji aktlar sərbəstdir.

Status localis: XCO normal inkişaf edib. Uşaqlıq yolu və boynu doğmayan qadına məxsusdur. Uşaqlıq boynu hiperemiyalı və deformasiyalıdır. Artımlar əllənmir. Uşaqlıq traksiyada hərəkətlidir, ağrısızdır, ölçüləri normaldır. İfrazatı qəhvəyi, iylidir. Əməliyyatönü diaqnoz: "Dəqiqləşdirilməmiş ağırlaşmalar ilə gedən natamam abort. Xronik salpingit. Xronik endometrit. Menometrorragiya. Çanaqda ağrı " diaqnozlarına əsasən xəstəyə "Histeroskopiya ilə yad cisim (sümük parçaları) çıxarılması " əməliyyatı uyğun görülmüşdür. Pasiyentə hospitalizasiya zamanı ümumi laborator müayinələr, biokimyəvi analizlər, hemostaz göstəriciləri və infeksion serologiya testləri icra edilmişdir. Qanın ümumi analizi: Leykositlər (WBC): 5.46 × 10³ /μL (referens interval: 4.0–10.0); Eritrositlər (RBC): 5.02 × 10³ /μL (referens interval: 4.2–5.4); Hemoglobin (HGB): 14.5 q/dL (referens interval: 12.0–16.0); Hematokrit (HCT): 41.7% (referens interval: 36–46%); Trombositlər (PLT): 275 × 10³ /μL (referens interval: 150–400); Qanın biokimyəvi analizi: Kreatinin: 0.70 mg/dL (referens interval: 0.6–1.1); Hemostaz göstəriciləri: Protrombin müddəti (PT): 10.9 saniyə (referens interval: 9.5–13.5); INR: 1.05 (normal: 0.8–1.2); İnfeksion serologiya: HBsAg: Mənfi; AntiHCV: Mənfi; Treponema pallidum (sifilis) testi: Mənfi; Anti-HIV: Mənfi. Anestezioloqun baxışı və əməliyyatönü hazırlıqdan sonra xəstəyə 18.07.2025 tarixində "Histeroskopiya ilə yad cisim çıxarılması" əməliyyatı planlandı.

Əməliyyat gedişi: Xəstə ümumi narkoz altında, steril şəraitdə hazırlandı. Diaqnostik histeroskopla uşaqlıq boşluğuna girildi. Uşaqlıq daxilində çoxsaylı sinexiya və xroniki endometrit sahələr izləndi. Uşaqlığın ön divar sol küncündə, keçirilmiş əməliyyata bağlı yaranan çapıq üzərində fibrozlaşmış dəlik və dəlikdən uşaqlıq xaricinə çıxışın olduğu görüldü. Uşaqlıqda aparılan abortlar nəticəsində yatrogen yaranan dəlik yerini aşkarlamaq, reviziya etmək və aradan qaldırmaq məqsədilə laparoskopik üsula keçildi. Qarın boşluğu eksplorasiyasında: uşaqlığın ön divarı aşağı seqmentdə aparılan əməliyyatsonrası çapığın üzərində fibrozlaşaraq formalaşan perforasiya sahəsi, onun içinə girən və bitişmələr əmələ gətirən sağ uşaqlıq borusunun fimbrial hissəsi izlənilməkdə idi. İlkin olaraq sağ uşaqlıq borusu fibrozlaşmış dəlikdən disseksiya olunaraq çıxarıldı, qanayan yerlər koterizə olundu. Ardından fibroz toxumalar kəsildi, dəlik genişləndirildi, miometrium və endometrium arasına pərçim olunmuş sümük parçaları (4 hissə) alətlə çıxarıldı. Ultrasəs altında uşaqlıq daxili bir daha reviziya olundu. Ardından V-lok tikişlə köhnə dəlinmiş sahə tikildi, hemostaz təmin edildi. Kontrol məqsədilə arxa duqlasa mandrenli drenaj boru qoyuldu və əməliyyata sonlandırıldı. Klinik diaqnoz: "Dəqiqləşdirilməmiş ağırlaşmalar ilə gedən natamam abort. Yatrogen uşaqlıq perforasiyası (abort zamanı). Xronik salpingit. Xronik endometrit. Menometrorragiya. Çanaqda ağrı" Əməliyyat sonrası dövr və təqib: Pasiyent əməliyyatdan sonra stasionar müşahidə altında 1 sutka saxlanılmış və bu müddət ərzində heç bir erkən postoperativ ağırlaşma qeydə alınmamışdır. 19.07.2025-ci il tarixində, klinik vəziyyəti kafi və stabil qiymətləndirilərək, lazımi məsləhətlər verilməklə ambulator müşahidə altında evə yazılmışdır. Əməliyyatdan 1 həftə və 1 ay sonra aparılmış kontrol müayinələr zamanı da xəstənin vəziyyəti stabilliyini qorumuş, hər hansı gecikmiş fəsad və ya ağırlaşma əlamətləri müşahidə olunmamışdır.

Patomorfoloji rəy: Əməliyyat zamanı əldə olunmuş abort materialı histopatoloji analiz üçün laboratoriyaya göndərilmişdir. Nəticə: Endometrial stromada sümük metaplaziyası və fibroz dəyişikliklər müşahidə olunmuşdur. Atipik hüceyrə dəyişiklikləri və ya maliqnizasiya əlamətləri qeydə alınmamışdır.

Nəticə: Bu klinik təqdimatda II trimestrdə (19 həftəlik hestasiya dövründə) fetal inkişafın dayanması fonunda aparılmış təkrarlanan instrumental abortlardan sonra yaranmış ciddi fəsad – yatrogen uşaqlıq perforasiyası və intrauterin sümük qalıqları ilə assosiasiyalı patoloji vəziyyət təsvir edilmişdir. Təkrar invaziv müdaxilələr nəticəsində xəstədə xronik endometrit, salpingit, uşaqlıq boşluğunda sinexiyalar inkişaf etmişdir, bu da diaqnostik çətinliklər və müalicənin mürəkkəbləşməsi ilə müşayiət olunmuşdur.

Yekun: Təqdim olunan hal, xüsusilə hamiləliyin II trimestr fetal ölümlərində instrumental abortun seçimi zamanı diqqətli olmağı vurğulayır. Bu tip müdaxilələrdə mütəxəssis və təcrübəli komandanın iştirakı, uşaqlığın anatomik vəziyyəti və əvvəlki    əməliyyatların (məsələn, kesar kəsiyi) nəzərə alınması, həmçinin endometrial küretajın ultrasəs müşayəti ilə aparılması son dərəcə vacibdir. Əlavə olaraq, sümük toxumasının uşaqlıq daxilində qalması və onun metaplastik mənşə ehtimalı klinik praktikada nadir, lakin ciddi fəsadlara səbəb ola biləcək vəziyyət kimi qiymətləndirilməlidir. Bu səbəbdən, abortsonrası fəsadlarla müraciət edən xəstələrdə endoskopik üsullardan istifadə olunması həm diaqnostik, həm də müalicəvi əhəmiyyət daşıyır. Bu klinik hal həm də multidissiplinar yanaşmanın əhəmiyyətini bir daha göstərir: ginekoloq, anestezioloq, radioloq və patoloqun birgə iştirakı ilə düzgün diaqnoz və effektiv müalicəyə nail olmaq mümkündür. Bu yanaşma sayəsində xəstənin sağlamlığı qorunmuş, eyni zamanda reproduktiv funksiyanın bərpası üçün zəruri tibbi zəmin yaradılmış olur.

Figures

Keywords

References

1. Darney, Philip D., Elizabeth Atkinson, and Kimi Hirabayashi. Uterine perforation during secondtrimester abortion by cervical dilation and instrumental extraction: a review of 15 cases. Obstetrics & Gynecology 75.3 (1990): 441-445.
2. Ananat, Elizabeth Oltmans, et al. Abortion and selection. The Review of Economics and Statistics 91.1 (2009): 124-136.
3. Philipp, Thomas, and Dagmar K. Kalousek. Pregnancy loss: transcervical embryoscopy in missed abortion. Journal of assisted reproduction and genetics 18.5 (2001): 285-290.
4. Stubblefield, Phillip G., Sacheen Carr-Ellis, and Lynn Borgatta. Methods for induced abortion. Obstetrics & Gynecology 104.1 (2004): 174-185.
5. Malvasi, Antonio, et al. Uterine rupture following prostaglandins use in second trimester medical abortion: Fact or fiction? A systematic review. International Journal of Gynecology & Obstetrics 168.3 (2025): 875-892.
6. Miller, David A., et al. Intrapartum rupture of the unscarred uterus. Obstetrics & Gynecology 89.5 (1997): 671-673.

Article Info:

Publication history

Published: 30.Jun.2026

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Pregnancy after myomectomy and removal of intrauterine adhesions. Clinical case.

Viewed: 33