Abstrakt
Giriş: Dölün ölümü aşkar edildikdə Hamilə qadınların sonlandırılması vacibdir hamiləliyi qorumaq üçün təhlükəsiz və effektiv şəkildə ananın sağlamlığı. Tibbi stimullaşdırma daha azdır üçün invaziv, minimal invaziv və təhlükəsiz üsul xəstə. Instrumental abortlardan da istifadə olunur. Ancaq bəzən instrumental abort həyata keçirir ciddi ağırlaşmalara səbəb ola bilər: infeksiya, nizamsız qanaxma və endometriumun zədələnməsi. Belə vəziyyətlər instrumental abort üçün göstəricilər olmalıdır düzgün seçilmiş, qiymətləndirilmiş və müdaxilə təcrübəli mütəxəssis tərəfindən aparılmalıdır və komanda. Tədqiqatın məqsədi: ətraflı müzakirə etmək instrumental əməliyyatdan sonra ağırlaşmaların aşkar edilməsi erkən hamiləlik olan bir xəstədə abort, üçün dəqiq diaqnoz qoymaq və düzgün seçmək müalicə üsulu, mümkün fəsadların qarşısını almaq üçün dölün II trimestrində instrumental abort zamanı ölümlər və multidisiplinar bir yanaşmanın əhəmiyyətini vurğulamaq. Materiallar və üsullar: The 31 yaşlı xəstə G.N. bu klinikada təhlil edilir təqdimat. 17 iyul 2025-ci ildə o, müraciət etdi Moskva Dövlət Universitetinin Xəstəxanasının Mamalıq və Ginekologiya şöbəsinə menstruasiyanın gecikməsi, uşaqlıq yolundan qəhvəyi rəngli, xoşagəlməz qoxulu ifrazat və qarnın aşağı hissəsində ağrı şikayətləri ilə müraciət edilmişdir. Xəstənin ilk hamiləliyi 2024-cü ildə Qeysəriyyə əməliyyatı ilə başa çatmış, ikinci hamiləliyi isə dölün inkişafının dayanması səbəbindən hamiləliyin 19-cu həftəsində instrumental abortla sonlandırılmışdır. Abortdan sonra xəstədə subfebril hərarət, qeyri-muntəzəm, xoşagəlməz qoxulu uşaqlıq yolu qanaxması və halsızlıq kimi şikayətlər yaranmış və 2 həftəlik fasilə ilə iki dəfə təkrar instrumental müdaxilələr həyata keçirilmişdir. Xəstənin stasionar müalicəsi dövründə ümumi laborator müayinələr, biokimyəvi analizlər, hemostaz göstəriciləri və infeksion seroloji testlər, həmçinin instrumental müayinələr aparılmışdır. "Dəqiqləşdirilməmiş ağırlaşmaları olan natamam abort. Xroniki salpingit. Xroniki endometrit. Menometrorragiya. Çanaq nahiyəsində ağrı" diaqnozları əsasında xəstədə "Histeroskopiya vasitəsilə yad cismin (sümük fraqmentləri) xaric edilməsi" əməliyyatının aparılması məqsədəuyğun hesab edilmişdir. Anestezioloqun müayinəsi və əməliyyatönü hazırlıqdan sonra xəstə üçün 18.07.2025-ci il tarixinə "Histeroskopiya vasitəsilə yad cismin xaric edilməsi" əməliyyatı təyin edilmişdir. Əməliyyat zamanı uşaqlıqda abortlar nəticəsində yaranmış iatroqen dəlik aşkar edilmiş, reviziya və xaricetmə üçün laparoskopik üsuldan istifadə olunmuş, sümük fraqmentləri çıxarılmış və dəlik bərpa edilmişdir. Əməliyyatdan 1 həftə və 1 ay sonra aparılan nəzarət müayinələri zamanı xəstənin vəziyyəti stabil qalmış, gecikmiş ağırlaşma və ya hər hansı digər fəsad əlamətləri müşahidə edilməmişdir. Nəticə: Bu klinik təsvir, ikinci trimestrdə dölün inkişafının dayanması fonunda aparılan təkrar instrumental abortlardan sonra uşaqlığın perforasiyası və uşaqlıqdaxili sümük qalıqları ilə əlaqəli patoloji vəziyyəti əks etdirir. Təkrar invaziv müdaxilələr nəticəsində xəstədə xroniki endometrit, salpingit və uşaqlıq boşluğunda sinexiyalar yaranmış, bu vəziyyət diaqnostik çətinliklər və müalicə ağırlaşmaları ilə müşayiət olunmuşdur. Hamiləliyin ikinci trimestrində dölün ölümü hallarında instrumental abort üsulunu seçərkən ehtiyatlı olmaq, ixtisaslaşmış və təcrübəli komandanı cəlb etmək, uşaqlığın anatomik vəziyyətini və əvvəlki əməliyyatları nəzərə almaq, həmçinin endometriumun qaşınması (küretaj) prosedurunu ultrasəs nəzarəti altında həyata keçirmək son dərəcə vacibdir. Abortdan sonrakı ağırlaşmalarla müraciət edən pasiyentlərdə endoskopik üsulların tətbiqi həm diaqnostik, həm də terapevtik əhəmiyyətə malikdir. Bu klinik hal həmçinin multidissiplinar yanaşmanın vacibliyini bir daha nümayiş etdirir: ginekoloq, anestezioloq, radioloq və patoloqun birgə iştirakı ilə düzgün diaqnoz və effektiv müalicəyə nail olmaq mümkündür.
Əsas mətn
Giriş: Hamilə qadınlarda fetal ölüm aşkarlandıqda ananın sağlamlığını qorumaq məqsədilə hamiləliyin təhlükəsiz və effektiv şəkildə sonlandırılması vacib və zəruridir. Hamiləliyin sonlandırılmasında konservativ və cərrahi üsullar mövcuddur. Adətən ilkin seçim olaraq medikamentoz stimulyasiya üsuluna üstünlük verilir. Medikamentoz stimulyasiya az invaziv, ağırlaşma riski minimal və pasiyent üçün təhlükəsiz üsuldur. Lakin bəzi klinik vəziyyətlərdə medikamentoz stimulyasiyanın tətbiqi məhdudlaşa, icrası çətinlik törədə və ya mümkün olmaya bilər. Həmçinin xəstənin istəyi və ya digər tibbi göstərişlərə əsasən, xüsusilə II trimestrdə instrumental abort metodunun seçilməsi mümkündür. Hamiləliyin II trimestrində uşaqlığın həcmi və vaskulyarizasiyası artdığı üçün instrumental abort aparmaq ciddi ağırlaşmalara gətirib çıxara bilər. Bu risklərə uşaqlıq divarının perforasiyası, əməliyyat zamanı və ya sonra yaranan güclü qanaxma, infeksiya və fertilliyə ciddi təsir göstərən uşaqlıqdaxili yapışmaları (Asherman sindromu) aid etmək olar. Uşaqlıq boşluğunda qalığın qalması instrumental abortun ciddi ağırlaşmalarından biri olub, yetərli küretaj aparılmadıqda infeksiya, qeyri müntəzəm qanaxma və endometriumun zədələnməsi kimi fəsadlara səbəb ola bilər. Həmçinin uşaqlıq boynunun travması və anesteziya ilə bağlı ola bilən ağırlaşmalar da nəzərə alınmalıdır. Nəticədə instrumental abort göstərişi olan vəziyyətlər düzgün seçilməli, dəyərləndirilməli və müdaxilə təcrübəli mütəxəssis və komanda tərəfindən icra olunmalıdır.
Tədqiqatın məqsədi: Bu klinik təqdimatda, 19 həftəlik inkişafdan qalmış hamiləliyi olan pasiyentdə aparılan instrumental abortdan sonrakı ağırlaşmanın aşkar edilməsi, dəqiq diaqnozun qoyulması və düzgün müalicə üsulunun seçilməsi geniş şəkildə müzakirə olunacaqdır. Təqdimatın məqsədi II trimestr fetal ölümlərdə instrumental abort zamanı ola biləcək fəsadların qarşısını almaq üçün lazım olan tədbirlər görmək və multidissiplinar yanaşmanın vacibliyini vurğulamaqdır.
Material və metodlar: Bu klinik təqdimatda təhlil olunan 31 yaşlı pasiyent G.N. 17 iyul 2025-ci il tarixində aybaşı gecikməsi, uşaqlıq yolundan qəhvəyi, iyli ifrazat və qarının aşağı hissəsində ağrı şikayətləri ilə Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinə müraciət etmişdir. Anamnez məlumatına əsasən, pasiyentin I hamiləliyi 2024-cü ildə Keysəriyyə kəsiyi əməliyyatı ilə başa çatmışdır. II hamiləlik 2025-ci ilin əvvəlində təyin edilmişdir. Pasiyentin ifadəsinə görə, ultrasəs müayinəsi (USM) olunmuş və 19 həftəlik hestasiya dövründə döl inkişafının dayanması (intrauterin fetal ölüm) aşkar olunmuşdur. Hamiləlik eyni klinik mərkəzdə instrumental abortla sonlandırılmışdır. Abort prosedurundan sonra pasiyentdə subfebril qızdırma, qeyri müntəzəm, iyli vaginal qanaxma və halsızlıq kimi şikayətlər inkişaf etmiş və bu əlamətlər fonunda yenidən eyni tibb müəssisəsinə müraciət etmişdir. Klinik simptomların davamlı xarakter alması səbəbi ilə pasiyentə təqribən 2 həftə ara ilə 2 dəfə təkrar instrumental müdaxilə icra olunmuşdur. 17.07.2025 tarixində Mərkəzi Gömrük Hospitalının mama-ginekologiya şöbəsinə müraciət etmiş, xəstə müayinə və USM olunmuşdur. Anamnezində son normal menstruasiyanın ilk günü: 07.07.2025 təsbit edilmişdir. Transvaginal USM nəticəsi: Uşaqlığın vəziyyəti RF/RV-dir, ölçüləri: 51x34x58 mm olub, kənarları hamardır. Exoquruluşu: homogendir. Endometrium: 3 mm qalınlıqda olub, düzənsizdir. Endometrial boşluqda uşaqlığın aşağı seqmentində, uşaqlıq boynuna yaxın hissədə, ölçüləri 13x3 mm olan hiperexogen sahə (yad cisim-sümük?) izlənildi. Sağ yumurtalıq ölçüləri 25x15x19 mm, sol yumurtalıq ölçüləri 30x18x23 mm olub, strukturları həmcinsdir. Çanaqda patoloji hala rast gəlinmədi.
Status praesens: Ümumi vəziyyəti kafi, huşu aydın, aktivdir. Bədən temperaturu 36.6 C. Vizus aydındır. Baş ağrıları yoxdur. Dəri və görünən selikli qişaları açıq çəhrayı rəngdə olub, normaldır. Dərialtı piy təbəqəsi normal inkişaf etmişdir. Dili nəm, ərpsizdir. Palpasiyada qarnı yumşaq, ağrısızdır. Hər iki ağciyərdə auskultasiyada vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydındır. A/T 116/72 mm Hg sütunudur. Nəbzi 1 dəqiqədə 84 vurğudur, ritmikidir, kafi dolğunluqdadır. Qaraciyər və dalaq əllənmir. Pasternatski simptomu hər iki tərəfdə mənfidir. Aşağı ətraflarda ödem qeyd olunmur, varikoz damarlar izlənilmir. Fizioloji aktlar sərbəstdir.
Status localis: XCO normal inkişaf edib. Uşaqlıq yolu və boynu doğmayan qadına məxsusdur. Uşaqlıq boynu hiperemiyalı və deformasiyalıdır. Artımlar əllənmir. Uşaqlıq traksiyada hərəkətlidir, ağrısızdır, ölçüləri normaldır. İfrazatı qəhvəyi, iylidir. Əməliyyatönü diaqnoz: "Dəqiqləşdirilməmiş ağırlaşmalar ilə gedən natamam abort. Xronik salpingit. Xronik endometrit. Menometrorragiya. Çanaqda ağrı " diaqnozlarına əsasən xəstəyə "Histeroskopiya ilə yad cisim (sümük parçaları) çıxarılması " əməliyyatı uyğun görülmüşdür. Pasiyentə hospitalizasiya zamanı ümumi laborator müayinələr, biokimyəvi analizlər, hemostaz göstəriciləri və infeksion serologiya testləri icra edilmişdir. Qanın ümumi analizi: Leykositlər (WBC): 5.46 × 10³ /μL (referens interval: 4.0–10.0); Eritrositlər (RBC): 5.02 × 10³ /μL (referens interval: 4.2–5.4); Hemoglobin (HGB): 14.5 q/dL (referens interval: 12.0–16.0); Hematokrit (HCT): 41.7% (referens interval: 36–46%); Trombositlər (PLT): 275 × 10³ /μL (referens interval: 150–400); Qanın biokimyəvi analizi: Kreatinin: 0.70 mg/dL (referens interval: 0.6–1.1); Hemostaz göstəriciləri: Protrombin müddəti (PT): 10.9 saniyə (referens interval: 9.5–13.5); INR: 1.05 (normal: 0.8–1.2); İnfeksion serologiya: HBsAg: Mənfi; AntiHCV: Mənfi; Treponema pallidum (sifilis) testi: Mənfi; Anti-HIV: Mənfi. Anestezioloqun baxışı və əməliyyatönü hazırlıqdan sonra xəstəyə 18.07.2025 tarixində "Histeroskopiya ilə yad cisim çıxarılması" əməliyyatı planlandı.
Əməliyyat gedişi: Xəstə ümumi narkoz altında, steril şəraitdə hazırlandı. Diaqnostik histeroskopla uşaqlıq boşluğuna girildi. Uşaqlıq daxilində çoxsaylı sinexiya və xroniki endometrit sahələr izləndi. Uşaqlığın ön divar sol küncündə, keçirilmiş əməliyyata bağlı yaranan çapıq üzərində fibrozlaşmış dəlik və dəlikdən uşaqlıq xaricinə çıxışın olduğu görüldü. Uşaqlıqda aparılan abortlar nəticəsində yatrogen yaranan dəlik yerini aşkarlamaq, reviziya etmək və aradan qaldırmaq məqsədilə laparoskopik üsula keçildi. Qarın boşluğu eksplorasiyasında: uşaqlığın ön divarı aşağı seqmentdə aparılan əməliyyatsonrası çapığın üzərində fibrozlaşaraq formalaşan perforasiya sahəsi, onun içinə girən və bitişmələr əmələ gətirən sağ uşaqlıq borusunun fimbrial hissəsi izlənilməkdə idi. İlkin olaraq sağ uşaqlıq borusu fibrozlaşmış dəlikdən disseksiya olunaraq çıxarıldı, qanayan yerlər koterizə olundu. Ardından fibroz toxumalar kəsildi, dəlik genişləndirildi, miometrium və endometrium arasına pərçim olunmuş sümük parçaları (4 hissə) alətlə çıxarıldı. Ultrasəs altında uşaqlıq daxili bir daha reviziya olundu. Ardından V-lok tikişlə köhnə dəlinmiş sahə tikildi, hemostaz təmin edildi. Kontrol məqsədilə arxa duqlasa mandrenli drenaj boru qoyuldu və əməliyyata sonlandırıldı. Klinik diaqnoz: "Dəqiqləşdirilməmiş ağırlaşmalar ilə gedən natamam abort. Yatrogen uşaqlıq perforasiyası (abort zamanı). Xronik salpingit. Xronik endometrit. Menometrorragiya. Çanaqda ağrı" Əməliyyat sonrası dövr və təqib: Pasiyent əməliyyatdan sonra stasionar müşahidə altında 1 sutka saxlanılmış və bu müddət ərzində heç bir erkən postoperativ ağırlaşma qeydə alınmamışdır. 19.07.2025-ci il tarixində, klinik vəziyyəti kafi və stabil qiymətləndirilərək, lazımi məsləhətlər verilməklə ambulator müşahidə altında evə yazılmışdır. Əməliyyatdan 1 həftə və 1 ay sonra aparılmış kontrol müayinələr zamanı da xəstənin vəziyyəti stabilliyini qorumuş, hər hansı gecikmiş fəsad və ya ağırlaşma əlamətləri müşahidə olunmamışdır.
Patomorfoloji rəy: Əməliyyat zamanı əldə olunmuş abort materialı histopatoloji analiz üçün laboratoriyaya göndərilmişdir. Nəticə: Endometrial stromada sümük metaplaziyası və fibroz dəyişikliklər müşahidə olunmuşdur. Atipik hüceyrə dəyişiklikləri və ya maliqnizasiya əlamətləri qeydə alınmamışdır.
Nəticə: Bu klinik təqdimatda II trimestrdə (19 həftəlik hestasiya dövründə) fetal inkişafın dayanması fonunda aparılmış təkrarlanan instrumental abortlardan sonra yaranmış ciddi fəsad – yatrogen uşaqlıq perforasiyası və intrauterin sümük qalıqları ilə assosiasiyalı patoloji vəziyyət təsvir edilmişdir. Təkrar invaziv müdaxilələr nəticəsində xəstədə xronik endometrit, salpingit, uşaqlıq boşluğunda sinexiyalar inkişaf etmişdir, bu da diaqnostik çətinliklər və müalicənin mürəkkəbləşməsi ilə müşayiət olunmuşdur.
Yekun: Təqdim olunan hal, xüsusilə hamiləliyin II trimestr fetal ölümlərində instrumental abortun seçimi zamanı diqqətli olmağı vurğulayır. Bu tip müdaxilələrdə mütəxəssis və təcrübəli komandanın iştirakı, uşaqlığın anatomik vəziyyəti və əvvəlki əməliyyatların (məsələn, kesar kəsiyi) nəzərə alınması, həmçinin endometrial küretajın ultrasəs müşayəti ilə aparılması son dərəcə vacibdir. Əlavə olaraq, sümük toxumasının uşaqlıq daxilində qalması və onun metaplastik mənşə ehtimalı klinik praktikada nadir, lakin ciddi fəsadlara səbəb ola biləcək vəziyyət kimi qiymətləndirilməlidir. Bu səbəbdən, abortsonrası fəsadlarla müraciət edən xəstələrdə endoskopik üsullardan istifadə olunması həm diaqnostik, həm də müalicəvi əhəmiyyət daşıyır. Bu klinik hal həm də multidissiplinar yanaşmanın əhəmiyyətini bir daha göstərir: ginekoloq, anestezioloq, radioloq və patoloqun birgə iştirakı ilə düzgün diaqnoz və effektiv müalicəyə nail olmaq mümkündür. Bu yanaşma sayəsində xəstənin sağlamlığı qorunmuş, eyni zamanda reproduktiv funksiyanın bərpası üçün zəruri tibbi zəmin yaradılmış olur.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Darney, Philip D., Elizabeth Atkinson, and Kimi Hirabayashi. Uterine perforation during secondtrimester abortion by cervical dilation and instrumental extraction: a review of 15 cases. Obstetrics & Gynecology 75.3 (1990): 441-445.
2. Ananat, Elizabeth Oltmans, et al. Abortion and selection. The Review of Economics and Statistics 91.1 (2009): 124-136.
3. Philipp, Thomas, and Dagmar K. Kalousek. Pregnancy loss: transcervical embryoscopy in missed abortion. Journal of assisted reproduction and genetics 18.5 (2001): 285-290.
4. Stubblefield, Phillip G., Sacheen Carr-Ellis, and Lynn Borgatta. Methods for induced abortion. Obstetrics & Gynecology 104.1 (2004): 174-185.
5. Malvasi, Antonio, et al. Uterine rupture following prostaglandins use in second trimester medical abortion: Fact or fiction? A systematic review. International Journal of Gynecology & Obstetrics 168.3 (2025): 875-892.
6. Miller, David A., et al. Intrapartum rupture of the unscarred uterus. Obstetrics & Gynecology 89.5 (1997): 671-673.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 30.Jun.2026
Müəllif hüququ
© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 31


