Abstract
This study conducted at the SRIOG proved that stem cell therapy is a more effective, sustainable, and biologically sound regenerative method compared to PRP. It is recommended to expand stem cell-based protocols to achieve success in reproductive technologies and to apply an individualized approach to the treatment of non-receptive endometrium.
Full article
Sonsuzluğa həm kişi, həm də qadın reproduktiv sistemlərinə təsir edən bir sıra müxtəlif amillər səbəb ola bilər. Ancaq bəzən sonsuzluğun səbəblərini izah etmək olmur. Bu hallardan biri endometriya ilə bağlı patologiyalardır. Endometriya və embrion arasındakı uyğunluq, uğurlu hamiləlik üçün vacib şərtdir. Endometrial mühitin keyfiyyəti, həmçinin uterin funksiyanın vəziyyəti hamiləlik prosesində mühüm rol oynayır. Sonsuzluq zamanı endometriya patologiyalarının rast gəlmə tezliyi 88%, uğursuz ekstrakorporal mayalanma (EKM) zamanı isə 77.5% təşkil edir. Uşaqlıqdaxili patologiyanın olması sonsuzluq riskini 4 dəfə artırır. Bu göstəricilər endometriyanın implantasiya və plasentasiya proseslərindəki əhəmiyyətini təsdiq edir [2,3].
Hipoplastik endometriya, endometriyanın kifayət qədər inkişaf etmədiyi vəziyyətdir və bu, hamiləlik şanslarını əhəmiyyətli dərəcədə azaldır. Hipoplastik endometriyanın səbəbləri müxtəlif ola bilər, o cümlədən hormonal disbalans, iltihabi proseslər və genetik faktorlar. Endometriyanın bərpası və yenilənməsi üçün bir sıra müasir tibbi yanaşmalar inkişaf etdirilmişdir [4,5]. Bu istiqamətdə çoxlu sayda elmi araşdırmalar aparılmışdır [6,7]. Lakin bu yanaşmaların çoxu hələ də empirik xarakter daşıyır və yeni üsulların işlənib hazırlanması və geniş tətbiqi üçün daha çox tədqiqat tələb olunur. Endometriyanın həssaslığının bərpası, embrionun endometriyaya uğurlu implantasiyasını təmin etmək üçün həlledici bir faktordur. Bu istiqamətdə hormon terapiya, PRP müalicəsi, kök hüceyrələrin köçürülməsi, elektromaqnit stimulyasiyası və endometrial toxuma mühəndisliyi kimi texnologiyalar təklif edilmiştir. Aparılan tədqiqatların məqsədi müsbət nəticələrin faizini artırmaqda olmaqla, qadının reproduktiv funksiyasını bərpa etməkdir [8].
2022–2025-ci illər ərzində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) həyata keçirilmiş genişmiqyaslı və kompleks klinik-tədqiqat işi, reproduktiv problem fonunda endometrial reseptivliyin pozulması hallarını araşdırmaq və bu vəziyyətin müalicəsində iki innovativ bərpa üsulu – autoloji TZP (trombositlərlə zənginləşdirilmiş plazma) və mezenximal kök hüceyrə terapiyasının effektivliyini müqayisəli şəkildə qiymətləndirmək məqsədi daşıyırdı.
Tədqiqat, həm birincili, həm də ikincili sonsuzluq diaqnozu qoyulmuş, anamnezində endometrial cərrahi müdaxilə, xroniki endometrit, təkrarlanan düşüklər və ya hormonal stimulyasiya nəticəsində "nazik endometriya" problemi ilə üzləşmiş qadınları əhatə etmişdir. Tədqiqatın dizaynı prospektiv, randomizə olunmuş və klinik müşahidə əsaslı olub, iştirakçıların struktur və funksional göstəricilərinin dinamik təhlilinə imkan vermişdir.
Araşdırmada, qadınların endometrial funksiyası həm histoloji, həm də molekulyar səviyyədə qiymətləndirilmiş; implantasiya pəncərəsinin dəqiqliyi, reseptivlik biomarkerlərinin ifadəsi, endometrial qalınlıq və nəticədə əldə olunan hamiləlik faizləri əsas göstəricilər kimi izlənmişdir. Bu baxımdan, tədqiqat yalnız TZP və kök hüceyrələrin klinik effektini deyil, eyni zamanda onların bioloji təsir mexanizmlərini də müqayisə etməyə yönəlmişdir.
Tədqiqatın məqsədi. Tədqiqatın əsas hədəfi, reproduktiv istəyinə sahib olan, lakin endometrial reseptivlikdə pozulma müşahidə olunan qadınlarda TZP və kök hüceyrə terapiyasının endometriumun funksional bərpasında hansı dərəcədə effektiv olduğunu müqayisəli şəkildə təhlil etmək olmuşdur. Bu məqsədlə həm klinik, həm də morfoloji göstəricilər əsasında qiymətləndirmə aparılmışdır.
Material və metodlar: Tədqiqat 200 qadını əhatə etmişdir. Pasientlər 20–45 yaş aralığında olmuş və aşağıdakı daxiletmə kriteriyalarına cavab vermişdir:
• Birincili və ya ikincili sonsuzluq diaqnozu,
• Anamnezdə endometrial müdaxilələr (cərrahi abort, histerorezeskopiya, keysəriyyə kəsiyi, po-lipektomiya),
• Endometrial hipoplaziya, xroniki endometrit, təkrarlanan düşüklər və ya hormonal disfunk-siya.
• İştirakçılar təsadüfi üsulla iki qrupa bölünmüş-dür:
• I Qrup (n=100): TZP terapiyası tətbiq edilmişdir.
• II Qrup (n=100): Mezenximal kök hüceyrə tera-piyası tətbiq olunmuşdur.
Tətbiq protokolları:
• TZP terapiyasında xəstənin öz qanından alınan plazma endometriumun funksional qatına in-yeksiya edilmişdir.
• Kök hüceyrələr isə stromal damar fraksiyasın-dan əldə edilərək xüsusi şəraitdə çoxaldılmış və endometrium qatına yeridilmişdir.
Qiymətləndirmə metodları:
• USM ilə endometrial qalınlıq ölçülməsi,
• Endometrial biopsiya və histoloji qiymətləndir-mə,
• Hamiləlik faizi və klinik nəticələr.
• Statistik təhlillər SPSS 26.0 proqramı ilə aparılmış, nəticələr p < 0.05 səviyyəsində əhəmiyyətli ayılmışdır.
Nəticələr Endometrial qalınlıq:
• TZP qrupu: Ortalama qalınlıq 5.9 ± 0.7 mm
• Kök hüceyrə qrupu: Ortalama qalınlıq 7.4 ± 0.5 mm (p < 0.01)
Tədqiqatın gedişatı. Tədqiqatda 200 qadın iştirak etmiş, yaş aralığı 20-45 olaraq müəyyənləşdirilmişdir. Qadınlar birincili və ikincili sonsuzluq diaqnozu ilə seçilmiş, anamnezlərində endometriyanın cərrahi müdaxiləsi (cərrahi abort, histeroskopiya, keysəriyyə kəsiyi, polipektomiya) olan şəxslər daxil edilmişdir. Tədqiqatın strukturunda iştirakçılar iki əsas qrupa bölünmüşdür: birinci qrupa TZP tətbiq edilmiş, ikinci qrupa isə autoloji kök hüceyrə terapiyası həyata keçirilmişdir.
İlk mərhələdə 100 qadına TZP terapiyası tətbiq olundu. Bu müalicə üsulunda hər bir qadından müəyyən miqdarda qan götürülür və xüsusi laboratoriya şəraitində bu qan plazmaya ayrılır. Daha sonra plazma sentrifuqadan keçirilərək, tərkibində yüksək miqdarda böyümə faktorları, sitokinlər və digər bioloji aktiv maddələr olan PRP əldə olunur. İnseminaysiya üçün istifadə olunan kateter USM nəzarəti altında endometrial boşluğunun dibe yaxin (2/3) hissəsinə qədər yeridildi. PRP uşaqlıq boşluğuna boşaldıldı. Bu yanaşmanın əsas ideyası, toxumanın təbii regenerasiya potensialını stimullaşdırmaqdır. Lakin nəticələr göstərdi ki, PRP-nin təsiri, əsasən qısa müddətli olmuşdur. Endometrial qalınlıqda bəzi artımlar izlənilsə də, hamiləlik faizi cəmi 14% təşkil etmişdir.
Tədqiqatın ikinci mərhələsində 100 qadına autoloji mənşəli mezenximal kök hüceyrələr tətbiq olundu. Hüceyrələr əsasən stromal damar fraksiyasından əldə edilərək endometriyaya lokal olaraq yeridilmiş-dir. Bu yanaşma yalnız toxuma strukturunun deyil, həm də funksional molekulyar mühitin dərin bərpasını hədəfləyirdi.
Klinik nəticələr:
• Hamiləlik faizi – TZP: 14%
• Hamiləlik faizi – Kök hüceyrə: 41%
Kök hüceyrə terapiyasından sonra qadınların 72%-də endometriumun funksional qalınlığı (endometrial qalınlıq 7 mm və daha artıq olmuş) və hor-monal tsikllə uyğunluğu bərpa olunmuşdur. İmplantasiya pəncərəsinin sinxronluğu bərpa olunmuş, reseptivliyə dair biomarker səviyyələrində nəzərəçarpacaq artım qeydə alınmışdır. Hamiləlik faizi isə 41%-ə çataraq PRP ilə müqayisədə üç qat yüksək olmuşdur. TZP qrupunda isə yalnız 34%-də qısamüd-dətli funksional dəyişikliklər müşahidə edilmişdir.
Aparılan tədqiqatın nəticələri göstərdi ki, TZP terapiyası endometriumda müəyyən regenerativ təsirə malik olsa da, bu təsir əsasən səthi və qısa müddətlidir. Xüsusilə molekulyar səviyyədə reseptivliyin bərpası təmin edilməmişdir. Kök hüceyrə terapiyası isə daha dərin və davamlı regenerativ təsir göstərmiş, həm struktur, həm də funksional səviyyədə bərpa müşahidə olunmuşdur.
Bu fərqlər, TZP və kök hüceyrə terapiyasının təsir mexanizmləri ilə izah olunur. TZP əsasən parakrin siqnallar vasitəsilə toxumanın öz-özünə bərpa gücünü stimullaşdırır. Kök hüceyrələr isə həm toxuma quruluşuna inteqrasiya olunur, həm də yeni damarlaşma və stromal dəstəyi təmin edir. Bu isə reseptivliyin formalaşmasında əsaslı rol oynayır.
ETMGİ-də aparılan bu tədqiqat sübut etdi ki, kök hüceyrə terapiyası TZP ilə müqayisədə daha effektiv, davamlı və bioloji baxımdan əsaslandırılmış bərpa üsuludur. Reproduktiv texnologiyalarda uğur əldə etmək və qeyri-reseptiv endometriumun müalicəsində fərdi yanaşma tətbiq etmək üçün kök hüceyrə əsaslı protokolların genişləndirilməsi tövsiyə olunur. Beləliklə, hipoplastik endometriyanın müalicəsində yeni texnoloji üsulların tətbiqi qadın sonsuzluğunun müalicəsində əhəmiyyətli irəliləyişlərə səbəb ola bilər. Bu üsullar, endometriyanın sağlamlığını bərpa edərək implantasiya və hamiləlik ehtimallarını artırır [8,9]. Lakin, bu texnologiyaların klinik praktikada geniş tətbiqi üçün daha çox tədqiqat və müşahidələr tələb olunur. Hipoplastik endometriyanın müalicəsində tətbiq olunan innovativ texnologiyaların effektivliyi, hələ də elmi təhlillərə və klinik təcrübələrə əsaslanaraq davamlı olaraq inkişaf etməlidir.
Yeni texnologiyaların inkişafı qadınların reproduktiv sağlamlığını yaxşılaşdırmağa, sonsuzluq problemini həll etməyə və müsbət hamiləlik nəticələri əldə etməyə şərait yaradır. Bu yanaşmalar, həm tibbi, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır, çünki sonsuzluq bir çox ailə üçün psixoloji və sosial çətinliklərə səbəb olur.
Figures
Keywords
References
1. Umumdünya Səhiyyə Təşkilatı. https://www.who.int/ru/news-room/fact-sheets/detail/infertility
2. Kontopoulos G., Simopoulou M., Zervomanolakis I., Prokopakis T., Dimitropoulos K., Dedoulis E., Grigorakis S., Agapitou K., Nikitos E., Rapani A., et al. Cleavage Stage versus Blastocyst Stage Embryo Transfer in Oocyte Donation Cycles. Medicina. 2019;55:293. doi: 10.3390/medicina55060293.
3. Bourgan, C., & Devroey, P. (2003). "Endometrial receptivity and its role in the success of assisted reproduction." Human Reproduction Update, 309-313.
4. Li Y.-X., Wang J., Sun T.-Z., Lv M.-Q., Ge P., Li H.-N., Zhou D.-X. Pregnancy Outcomes after Day 5 versus Day 6 Blastocyst-Stage Embryo Transfer: A Systematic Review and Meta-Analysis. J. Obstet. Gynaecol. Res. 2020;46:595-605. doi: 10.1111/jog.14188.
5. Seshadri, S., et al. (2021). "Gene therapy in endometrial regeneration: clinical and laboratory insights." Human Reproduction Update, 123-129.
6. Lee, S. W., et al. (2014). "The relationship between endometrial thickness and pregnancy outcomes in IVF." International Journal of Obstetrics and Gynecology, 350-355.
7. Boomsma, C. M., et al. (2009). "Endometrial factors in infertility: clinical insights and research directions." Human Reproduction, 125-132.
8. Kuivassari-Pirinen, et al. (2012). "The role of endometrial pathology in infertility treatment." Journal of Clinical Endocrinology and Metabolism, 203-207.
Article Info:
Publication history
Published: 28.Jul.2026
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 37


