Abstract
The presence of intrauterine adhesions is considered a cause of reproductive problems. Gynecological specialists associate the development of intrauterine synechiae with the influence of infectious, traumatic and neurovisceral factors. However, the main cause of the syndrome is damage to the basal layer of the endometrium. In the presented clinical case, the successful outcome of the elimination of intrauterine adhesions after myomectomy is presented. It is recommended to carry out appropriate secondary preventive measures to prevent the occurrence of repeated adhesions.
Full article
Əməliyyat önü hazırlıqdan sonra pasinetə “Laparotomiya. Konserbativ miomektomiya (uşaqlıq boşluğu açılmaqla). Sağ tərəfli adneksektomiya” əməliyyatları icra olunmuşdur. Əməliyyat zamanı çıxarılan material (Preparatların makroskopik görüntüsü:~14 sm olan iri ölçülü dermoid kista, sağ uşaqlıq borusu, ~7-8 sm olan miomatoz düyün) histoloji müayinəyə göndərilmişdir. Histolojı müayinənin nəticəsi: Yumurtalığın dermoid sisti, boruda ödəm və doluqanlılıq, uşaqlıqlığın miomatoz düyünü aşkar edilmişdir (Şəkil 2). Pasinetin təkrar müraciəti 4 il sonra baş verib. Bu zaman pasient 31yaşında ailə həyatı qurmuş və 2 il hamilə qalmadığı üçün 2024cü ildə xəstəxanaya müraciət etmişdir. Ultrasəs və histerosalpinqoqrafiya müayinəsi nəticəsində xəstədə uşaqlıqdaxili bitişmə aşkarlandı (Şəkil 3).
Klinik-anamnestik və laborator müayələrdən, əməliyyat önü hazırlıqdan sonra pasientə “Diaqnostik Laparoskopiya kontrolu altında histeroskopiya” əməliyyatı aparıldı. Histeroskopiya zamanı uşaqlıq daxilində arakəsmə şəkilli bitişmə aşkarlandı və bitişmənin ləğvi icra olundu. Əməliyyat uğurlu keçdi, fəsad olmadı. Təkrar bitişmələrin yaranmasının ikincili profilaktika məqsədilə uşaqlıq daxilində 2 gün Folley kateteri saxlanıldı. Əməliyyatdan sonra USM-sində kateter vizualizasiya olunur.
Aparılan əməliyyatdan 2 gün sonra pasient kafi vəziyyətdə evə yazıldı. Əlavə olaraq antibaktrerial və estrogen-progesteron tsiklik müalicə təyin olundu. Pasient 2 ay sonra hamilə qaldı və 38-ci həftəsində Kesar kəsiyi əməliyyatı ilə doğuş baş vermişdi. Hamiləlik zamanı uşaqlıqda çapığın olması nəzərə alaraq yüksək risk qrupu daxil edilərək antenatal qulluq göstərilib. Hamiləlik zamanı ağırlaşma baş verməyib.
Uşaqlıq daxili bitişmələr (UDB) dünyada ən həll olunmamış tibbi problemlərdən biridir. Bununla belə, bu problemin yayılması hər il durmadan artır. Birinci trimestrdə abortdan sonra qadınlarda UDB tezliyi 13%, gec abortlardan sonra isə 30% təşkil edir [1-7].
Uşaqlıqdaxili sinexiyalar (Aşerman sindromu) – uşaqlıq boşluğunun tam və ya hissəvi obliterasiya-sına səbəb olan uşaqlıqdaxili bitişmələrdir. Vəziyyət ilk dəfə 1894-cü ildə Heinrich Fritsch tərəfindən təsvir edilmiş, daha sonra 1948-ci ildə ginekoloq Cozef Asherman tərəfindən xarakterizə edilmişdir. O, bu halı abortdan sonra yaranan amenoreya və sonsuz-luqla əlaqələndirərək ilk dəfə elmə gətirib.
Bu xəstəliyin dəqiq tezliyi məlum deyil və patoqnomonik simptomların və ya qeyri-müəyyən klinik mənzərənin olması, habelə risk faktorlarını proqnozlaşdırmaq üçün aydın meyarların olmaması səbəbindən lazımi dərəcədə qiymətləndirilə bilinmir [8,9]. Qeyd etmək lazımdır ki, intrauterin cərrahi müdaxilələrin xəstələnməsini azaltmalı olan minimal invaziv texnologiyaların və müasir antiyapışma vasitələrinin mövcudluğu təəssüf ki, hələ də klinik statistikanı təkmilləşdirməyib və ya UDB-nın tezliyini və yayılmasını azaltmayıb.
Rusiyada aparılan tədqiqatda uşaqlıqdaxili yapışmalardan əziyyət çəkən reproduktiv yaşda olan 89 xəstə iştirak edib. İştirakçılar xəstəliyin gedişatına görə iki qrupa bölündülər: tədqiqat qrupu (təkrarlanan intrauterin yapışmalarla) və müqayisə qrupu (yeni diaqnoz qoyulmuş intrauterin yapışmaları olan xəstələr).
Tədqiqat göstərdi ki, təkrarlanan intrauterin yapışmaları olan xəstələrdə menstruasiya pozulmaları, diffuz adenomiyoz və morfoloji cəhətdən təsdiq-lənmiş xroniki endometrit daha çox müşahidə olunur. İntrauterin cərrahi müdaxilələr də təkrarlanan intrauterin yapışma riskini əhəmiyyətli dərəcədə artırdı [10,11].
Reproduktiv yaşda olan qadınlarda təkrarlanan intrauterin yapışmaların risk faktorları bunlardır: uşaqlıq yolunun selikli qişasının təkrar küretajı, anamnezdə miomektomiya, diffuz adenomiyoz, menstruasiya pozuntuları, monopolyar enerjidən istifadə edən histeroresektoskopik adezioliz və morfoloji cəhətdən təsdiqlənmiş xroniki endometrit. Ginekologiya sahəsinin mütəxəssisləri uşaqlıqdaxili sinexiyaların inkişafını infeksion,travmatik və neyrovisseral amillərin təsiri ilə əlaqələndirilər. Lakin sindromun əsas səbəbi endometriyanın bazal qatının zədələnməsidir. Əsas səbəblər aşağıda göstərilib:
1. Uşaqlıqdaxili əməliyyatlar: Abort zamanı uşaqlıq boşluğunun qaşınması (abortdan və doğuşdan sonra); diaqnostik küretajlar, histeroskopik əməliyyatlar(mioma,polipin çıxarılması zamanı endometriumun zədələnməsi) ; Uşaqlıq üzərində aparılmış konservativ miomektomiya(uşaqlıq boşluğu açılmaqla).
2. İnfeksiyalar: Uşaqlıqdaxili infeksiyalar, xüsusilə doğuşda və abortdan sonra baş vermiş endometrit, bakterial mənşəli müxtəlif xəstəliklər (məsələn, uşaqlığın vərəmi, xlamidioz mənşəli endometrit ).
3. Uşaqlıqdaxili tibbi müdaxilələr: uşaqlıq daxili spiralın (İUD)-səhv yerləşdirilməsi və ya çıxarılması zamanı endometriyanın zədələnməsi, cinsi orqanların bədxassəli şişlərinin müalicəsi zamanı şüa terapiyasından istifadə. Bəzən uşaqlıqdaxili sinexiyalar inkişafdan qalmış hamiləlik fonunda yarana bilər, bu zaman cift toxuması qalıqları fibroblastlatın aktivliyini və kollagenin erkən formalaşmasını endometriumun regenerasiyasından əvvəl stimulyasiya etməsilə əlaqələndirilir. Aşerman sindromunun təsnifatı (klassifikasiyası) adətən uşaqlıq boşluğundakı sinexiyaların (yapışmaların) yayılma dərəcəsinə, sıxlığına və uşaqlıq divarının vəziyyətinə əsaslanır. Ən geniş istifadə olunan təsnifat Amerika Fertilite Cəmiyyətinin (AFS) təsnifatıdır.Aşağıdakı cədvəldə bu təsnifat göstərilmişdir [12,13].
Aşerman sindromunun histeroskopik təsnifatı — uşaqlıq boşluğundakı sinexiyaların histeroskopiya zamanı (yəni birbaşa baxışla) görünüşünə, sıxlığına və yayılma sahəsinə əsasən aparılır. Ən çox istifadə olunan təsnifat March və Israel (1976) histeroskopik təsnifatıdır.
Kliniki əlamətlər. Menstrual tsiklin pozulması. Ən çox rast gəlinən simptomdur. Yapışmalar endometriumun funksional təbəqəsini zədələdiyi üçün menstrual qan axını azalır. Hipomenoreya (az menstruasiya), Amenoreya (menstruasiyanın olmaması), Dismenoreya (ağrılı menstruasiya). Sonsuzluq - uşaqlıq daxili yapışmalar spermatozoidlər və ya embrionun uşaqlığa keçməsinə mane olur. Ən ciddi fəsaddır. Qadınlar çox vaxt sonsuzluq müayinəsi zamanı diaqnoz aşkarlanır.
Təkrarlayan düşüklər - embrion implantasiyası üçün uyğun endometriumun olmaması səbəbindən. Erkən və ya təkrarlanan hamiləlik itkisi mümkündür.
Hematometra: Uşaqlıq boşluğunun tam tutulması nəticəsində menstrual qan uşaqlıqda yığılır. Güclü, dövri ağrılar və qarnın aşağı hissəsində gərginlik.
- İkincili amenoreya. Əvvəl normal menstruasiya olub, sonradan dayanıbdır. Adətən küretaj, abort, doğuşdan sonra yaranır.
- Cinsi əlaqə zamanı ağrı (dispareuniya). Sinexiyalar uşaqlıq boşluğunu deformasiyaya uğratdıqda mümkündür.Nadirdir, daha çox ağır formalarında müşahidə olunur [14-16]. Hal-hazırda intrauterin bitişmələr laparotomiya, laparoskopik və ya vaginal üsullarla miyomektomiyaya məruz qalan xəstələrin sayının, xüsusən də uşaqlıq boşluğunun açılması ilə aparılan əməliyyatların sayının artması ilə əlaqələndirilir [17]. Uşaqlıq mioması qadın reproduktiv sisteminin ən çox rast gəlinən xoşxassəli şişlərindən biri kimi tanınır və 75%-ə qədər tezliyi ilə baş verir [18,19], hamiləliyi planlaşdıran qadınların təxminən 10%-nə uşaqlıq mioması diaqnozu qoyulub. Miyomektomiya ginekologiyada istifadə edilən ən məşhur əməliyyatlardan biridir, onun tezliyi 50-70%-ə çatır və hamiləlik miyomektomiya keçirmiş xəstələrin 45%-də baş verir. Miyomektomiyadan sonra uşaqlıqdaxili yapışmaların tezliyi 5,8 ilə 50% arasında dəyişir [20]. Laparotomik yolla aparılan miyomektomiyalardan sonra uşaqlıqdaxili yapışmalar 25,5%-ə qədər, uşaqlıq boşluğunun açılması ilə aparılan əməliyyatlardan sonra isə açılmadan 2,5 dəfə tez-tez aşkar edilir. Ofis histeroskopiyası intrauterin yapışmaların diaqnostikası və müalicəsi üçün optimal üsuldur. Bununla birlikdə, intrauterin yapışmaların hərtərəfli ləğv edilməsinə baxmayaraq, residiv nisbəti yüksək olaraq qalır - 62,5% -ə qədər [21-23].
Diaqnozun təyin olunmasi uşaqlıq boşluğunda sinexiyaların (yapışmaların) mövcudluğunu və onların dərəcəsini, yerləşməsini və təsirini müəyyənləşdirməyə yönəlmişdir. Ən etibarlı üsul — histeroskopiyadır, lakin bir neçə diaqnostik mərhələ və metoddan istifadə olunur. Diaqnostik üsul, anamnez və klinik müayinə, USM (ultrasəs müayinəsi), uşaqlıq boşluğunun vəziyyətini ilkin qiymətləndir-məsidir. Endometrium nazik görünür, bəzi hallarda uşaqlıq boşluğu qeyri-bərabər və ya qismən daralmış ola bilər. Sonohisteroqrafiya (fizioloji duz məhlulu ilə USM) - uşaqlıq boşluğuna steril maye yeridilir və ultraseslə izlənilir. Maye boşluqda sərbəst yayılmır, sinexiyalar görünə bilər. Histerosalpingoqrafiya (HSG) - uşaqlıq boşluğuna kontrast maddə yeridilərək rentgen şəkli çəkilir. Boşluq konturlarının pozul-ması, kontrastın natamam yayılması, “dolma defek-ti” görünür. Histeroskopiya (qızıl standart) - optik cihazla uşaqlıq boşluğuna baxış aparılır. Sinexiyalar birbaşa müşahidə olunur və dərhal müalicə edilə bilər. Sinexiyaların sayı, dərəcəsi, yerləşməsi və sıxlığı dəqiq qiymətləndirilir. Endometrial biopsiya (lazım gəldikdə) - endometriumun regenerasiya qabiliyyətini və hormonal vəziyyətini qiymətləndirmək üçün götürülür [7,9,11].
Müalicə: Aşerman sindromunun müalicəsi uşaq-lıq boşluğundakı sinexiyaların (yapışmaların) açılması, endometriumun bərpası və təkrarlanmanın qarşısının alınması məqsədi daşıyır. Ən effektiv üsul — histeroskopik adgeziolizis (yəni histeroskopiya al-tında sinexiyaların kəsilməsi) hesab olunur. Cərrahi mərhələ histeroskopik adgeziolizis əsas müalicə üsuludur. Histeroskop vasitəsilə uşaqlıq daxilinə baxılır və yapışmalar kəsilir. • Yüngül hallarda – mexaniki qayçı və ya mikroforsep istifadə olunur. • Ağır hal-larda – elektrocərrahiyyə və ya lazerlə kəsilmə aparılır [13,16].
Kök hüceyrələrin sinexiyaların terapiyasında rolu. Uşaqlıqdaxili bitişmələrin cərrahi müalicəsindən sonra endometriyanın ağır zədəlınməsi zamanı bəzən aybaşı pozulmaları və sonsuzluq davam edir. Müasir yanaşmalara görə kök hüceyrə vasitəsilə bu problemləri aradan qaldırmaq mümkün ola bilər. Kök hüceyrələrin müalicədə rolu: 1. Bərpaedici təsir (rejenerasiya) - kök hüceyrələr (xüsusilə mezenximal kök hüceyrələr – MSC) zədələnmiş endometrium toxumasına köçürülərək yeni hüceyrə və damarların yaranmasını stimullaşdırır. Bu, uşaqlıq selikli qişasının qalınlığını və funksional qatın bərpasını təmin edir. 2. Angiogenez (damarlanmanın stimullaşdırılması) - kök hüceyrələr VEGF və digər böyümə faktorları ifraz edərək yeni kapilyarların yaranmasını artırır. Bu, endometriumun qidalanmasını və implantasiya qabiliyyətini yaxşılaşdırır. 3. İltihabın və fibrozun azaldılması - MSC-lər immun tənzimləyici xüsusiyyətlərə malikdir, iltihabi mediatorları azaldır və fibroblast aktivliyini zəiflədir — bu da çapıq toxumasının azalmasına kömək edir. İstifadə olunan kök hüceyrə mənbələri: kök hüceyrələr sümük iliyindən (Bone marrow–derived MSC), yağ toxumasından alınmış MSC-lər, menstrual qan və ya göbək ciyəsi mənşəli kök hüceyrələr, əksər tədqiqatlarda hüceyrələr histeroskopik sinexilizasiyasından sonra uşaqlıq boşluğuna və ya intrauterin kateter vasitəsilə yeridilir [11,24,25,26,27]. Klinik tədqiqatlar göstərir ki, endometrium qalınlığı 2–4 mm artmışdır. Menstrual dövrlər bərpa olunmuşdur. Hamilə qalma ehtimalı 40–70%-ə qədər yüksəlmişdir (ağır hallarda belə). Sinexiyanın təkrar əmələ gəlmə riski azalmışdır. Lakin, bu istiqamətdə kliniki tədqiqatlar davam edir və daha geniş randomizə tədqiqatların aparılması ehtiyac var. Məhdudiyyətlər və risklər: kök hüceyrələrin tətbiqi hələ eksperimental mərhələdədir, standart protokol yoxdur. Bahalı və hər mərkəzdə mövcud deyil. Uzunmüddətli təhlükəsizlik və effekt barədə daha çox tədqiqat tələb olunur. İnfeksiya, immun reaksiya və nəzarətsiz hüceyrə proliferasiyası nəzəri risklərdir. Klassik protokol aşağıdakı kimidir: Birinci mərhələdə — Histeroskopik adeziolizis, sinexiyalar vizual nəzarət altında kəsilməsi. Uşaqlıq boşluğu mümkün qədər normal formaya gətirilir. Bəzən intrauterin balon kateter və ya spiral 7–10 gün saxlanılır (yeni yapışmaların qarşısını almaq üçün). İkinci mər-hələ — kök hüceyrə tətbiqi 3–5 gün sonra kök hüceyrələr uşaqlıq boşluğuna kateterlə və ya histeroskopik üsulla yeridilir. Üçüncü mərhələdə — hormonal və regenerativ dəstək: estrogen (məsələn, estradiol vale-rate 2–6 mq/gün) 2–3 həftə verilir, daha sonra progesteron əlavə olunur (endometrium siklik yenilənməsi üçün). Bəzən hialuron turşulu gellər, PRP (platelet rich plasma) və ya antioksidantlar da əlavə olunur [11,24,25,26,27].
Uşaqlıq daxili bitişmələrin ilkin profilaktikası. Aşerman sindromunun profilaktik tədbirləri:
1. Uşaqlıq daxili müdaxilələr zamanı ehtiyatlılıq - küretaj yalnız tibbi göstərişlə aparılmalıdır, mümkünsə, vakuum aspirasiya üsuluna üstünlük verilməlidir, əməliyyatlar ultrasəs nəzarəti altında icra olunmalıdır. Bu tədbirlərin əhəmiyyəti - endometriumun zədələnməsinin və çapıq əmələ gəlməsinin qarşısını almaq.
2. Uşaqlıq daxili infeksiyaların (endometrit və s.) qarşısını almaq məqsədi ilə aseptika və antiseptika qaydalarına riayət - abort, doğuş və histeroskopiya zamanı steril şərait təmin edilməlidir, zərurət olduqda profilaktik antibiotiklər tətbiq olunmalıdır.
3. Postpartum və postabortal sinexiyaların yaranmasının qarşısı almaq məqsədi ilə doğuşdan və abortdan sonra düzgün nəzarət – cift qalıqlarının tam çıxarılması təmin edilməlidir, inkişaf edən infeksiya əlamətləri (qızdırma, ifrazat və s.) izlənməlidir.
4. Uşaqlıq divarlarının bir-birinə yapışmasının qarşısını almaq məqsədi ilə cərrahi əməliyyatlardan sonrakı qoruyucu tədbirlər - estrogen terapiyası endometrium regenerasiyasını sürətləndirir, Uşaqlıq boşluğuna balon kateter və ya spiral müvəqqəti yerləşdirilə bilər.
5. Endometriumun çapıqlaşmasının və sinexiyaların əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə infeksion xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi - xroniki endometrit və genital vərəm hal-ları erkən aşkarlanmalı və müalicə olunmalıdır.
6. Riskli davranışların azalması və xəstəliyin erkən profilaktikası məqsədi ilə maarifləndirmə və reproduktiv sağlamlıq təhsili - qadınlara özbaşına abort və steril olmayan müdaxilələrin təhlükəsi izah olunmalıdır, mütəmadi ginekoloji müayinə təşviq edilməlidir [13,16].
İkincili profilaktika: Uşaqlıq boşluğunun forması və açıqlığının qorunması məqsədilə intrauterin vasitə (IUD) və ya Foley kateteri yerləşdirməsi, sinexiyaların təkrar əmələ gəlməsinin qarşısını almaq üçün 7–14 gün ərzində uşaqlıq boşluğuna kiçik ölçülü spiral və ya Foley kateter yerləşdirilir, endometriumun regenerasiyasının stimullaşdırılması, hormonal terapiya (estrogen və progestin).
Estrogenlər endometriumun yenilənməsini və qalınlaşmasını təmin edir. Etinilestradiol və ya estradiol valerate 2–4 həftə təyin olunur, sonra qısa müddətli progestin (məsələn, didrogesteron) əlavə edilir. Profilaktik antibiotikoterapiya cərrahi müdaxilədən sonra infeksiya və iltihabın qarşısını almaq üçün verilir. Nəzarət mərhələsində kontrol histeroskopiya-nın (2–3 həftə sonra) icrası. Uşaqlıq boşluğunun vəziyyəti və yeni sinexiyaların olub-olmaması qiymətləndirilir. Reproduktiv reabilitasiya, hamiləlik planlaması və ya EKM, endometrium bərpa olunduqdan sonra təbii yolla və ya süni mayalanma ilə hamilə qalmaq mümkündür.
Müalicə mütləq histeroskopik nəzarət altında aparılmalıdır — küretajla mexaniki açma tövsiyə edilmir, çünki yeni sinexiyalar əmələ gətirə bilər. Ağır hallarda təkrar cərrahi müdaxilələr və uzun-müddətli hormonal terapiya lazım olur. Müalicədən sonra menstruasiyanın bərpası və hamiləlik şansı bitişmələrin ağırlıq dərəcəsindən asılıdır (yüngül formalarında >80%, ağır formalarında ≈30–40%) [12,13,15]. Beləliklə, uşaqlıqdaxili bitişmələrin olması reproduktiv problemlərin bir səbəbi olaraq qiymətləndirilir. Ginekologiya sahəsinin mütəxəssisləri uşaqlıqdaxili sinexiyaların inkişafını infeksion, travmatik və neyrovisseral amillərin təsiri ilə əlaqələndirilər. Lakin sindromun əsas səbəbi endometriyanın bazal qatının zədələnməsidir. Təqdim olunan klinik halda miomektomiyadan sonra uşaqlıq daxili bitişmənin ləğvinin uğurlu nəticə təqdim olunur. Təkrar bitişlərin əməmlə gəlməməsi üçün müvafiq ikincili profilaktik tədbirlərin aparılması tövsiyyə olunur.
Figures
Keywords
References
1. Queckbörner S, Davies LC, von Grothusen C, Santamaria X, Simón C, Gemzell-Danielsson K. Cellular therapies for the endometrium: An update. Acta Obstet Gynecol Scand. 2019 May;98(5):672-677.
2. Guo EJ, Chung JPW, Poon LCY, Li TC. Reproductive outcomes after surgical treatment of asherman syndrome: A systematic review. Best Pract Res Clin Obstet Gynaecol. 2019 Aug;59:98-114.
3. Ludwin A, Martins WP, Ludwin I. Ultrasound-guided repeat intrauterine balloon dilatation for prevention of adhesions. Ultrasound Obstet Gynecol. 2019 Oct;54(4):566-568.
4. Chikazawa K, Imai K, Liangcheng W, Sasaki S, Horiuchi I, Kuwata T, Takagi K. Detection of Asherman's syndrome after conservative management of placenta accreta: a case report. J Med Case Rep. 2018 Nov 20;12(1):344.
5. Al-Inany H. Intrauterine adhesions. An update. Acta Obstet Gynecol Scand. 2001 Nov;80(11):986-93.
6. Tchente NC, Brichant G, Nisolle M. [Asherman's syndrome: management after curettage following a postnatal placental retention and literature review]. Rev Med Liege. 2018 Oct;73(10):508-512.
7. ASIMAKOPULOS N. TRAUMATIC INTRAUTERINE ADHESIONS. (THE FRITSCHASHERMAN SYNDROME). Can Med Assoc J. 1965 Aug 14;93(7):298-302.
8. Young BK. A multidisciplinary approach to pregnancy loss: the pregnancy loss prevention center. J Perinat Med. 2018 Dec 19;47(1):41-44.
9. Capmas P, Pourcelot AG, Fernandez H. Are synechiae a complication of laparotomic myomectomy? Reprod Biomed Online. 2018 Apr;36(4):450-454.
10. Dreisler E, Kjer JJ. Asherman's syndrome: current perspectives on diagnosis and management. Int J Womens Health. 2019;11:191-198.
11. Azizi R, Aghebati-Maleki L, Nouri M, Marofi F, Negargar S, Yousefi M. Stem cell therapy in Asherman syndrome and thin endometrium: Stem cell- based therapy. Biomed Pharmacother. 2018 Jun; 102:333-343.
12. Zheng F, Zhu B, Liu Y, Wang R, Cui Y. Meta-analysis of the use of amniotic membrane to prevent recurrence of intrauterine adhesion after hysteroscopic adhesiolysis. Int J Gynaecol Obstet. 2018 Nov;143(2):145-149.
13. Khan Z, Goldberg JM. Hysteroscopic Management of Asherman's Syndrome. J Minim Invasive Gynecol. 2018 Feb;25(2):218-228.
14. Deans R, Vancaillie T, Ledger W, Liu J, Abbott JA. Live birth rate and obstetric complications following the hysteroscopic management of intrauterine adhesions including Asherman syndrome. Hum Reprod. 2018 Oct 01;33(10):1847-1853.
15. Santamaria X, Isaacson K, Simón C. Asherman's Syndrome: it may not be all our fault. Hum Reprod. 2018 Aug 01;33(8):1374-1380.
16. Lin YH, Cheng YY, Ding DC. Hysteroscopic Management of Retained Products of Conception. Gynecol Minim Invasive Ther. 2018 Jul-Sep;7(3):133-135.
17. Laganà A.S., Garzon S., Dababou S., Uccella S., Medvediev M., Pokrovenko D. et al. Prevalence of intrauterine adhesions after myomectomy: a prospective multicenter observational study. Gynecol. Obstet. Invest. 2022; 87(1): 62-9. https://dx.doi.org/10.1159/000522583.
18. Conforti A., Krishnamurthy G.B., Dragamestianos C., Kouvelas S., Micallef Fava A., Tsimpanakos I., Magos A. Intrauterine adhesions after open myomectomy: an audit. Eur. J. Obstet. Gynecol. Reprod. Biol. 2014; 179: 42-5. https://dx.doi.org/10.1016/j.ejogrb.2014.04.034.
19. Capmas P., Pourcelot A.G., Fernandez H. Are synechiae a complication of laparotomic myomectomy? Reprod. Biomed. Online. 2018; 36(4): 450-4. https://dx.doi.org/10.1016/ j.rbmo.2018.01.010.
20. Sebbag L., Even M., Fay S., Naoura I., Revaux A., Carbonnel M. et al. Early second-look hysteroscopy: prevention and treatment of intrauterine post-surgical adhesions. Front. Surg. 2019; 6: 50. https://dx.doi.org/10.3389/fsurg.2019.00050.
21.Щербатых М.Г., Щукина Н.А., Буянова С.Н., Попов А.А., Федоров А.А., Бабунашвили Е.Л., Земскова Н.Ю., Беспалова А.Г., Чикишева Е.С. Внутриматочные синехии после миомэктомии субмукозных узлов: лечение и профилактика. Российский вестник акушера-гинеколога. 2022; 22(3): 57-61.
22. Бабунашвили Е.Л., Щукина Н.А., Буянова С.Н., Будыкина Т.С., Тихомирова Е.В., Глебов Т.А., Сон Д.Ю., Коцуба Д.Р. Возможности реабилитации пациенток репродуктивного возраста после миомэктомии. Российский вестник акушера-гинеколога. 2022; 22(3): 93-9.
23.Щукина Н.А., Щербатых М.Г., Бабунашвили Е.Л. и др. Внутриматочные синехии после миомэктомии. Акушерство и гинекология. 2023; 6: 134-140. https://dx.doi.org/10.18565/ aig.2023.124
24. C.F.Qurbanova, K.Q.Qarayeva, A.S.Həsənova, Bəyişova A.M., İ.N.Niftaliyeva, N.B.Məcidova, Ü.R.Quliyeva. TZP (trombositlərlə zənginləşdirilmiş plazma) və Kök Hüceyrə Terapiyasının 76 Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri 13 №01/2026 Endometrial Reseptivliyin Bərpasında Effektivliyinin Müqayisəli Təhlili. Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri, Cild 12, N03, 2025, səh. 52-55.
25. C.F.Qurbanova, K.Q.Qarayeva, A.F.Əmirova, A.S.Həsənova, İ.N.Niftaliyeva, N.B.Məcidova, Ü.R.Quliyeva. Hipoplastik endometriumun müasir bərpa üsullarının araşdırılması. Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri, Cild 12, N02, 2025, səh. 9-16.
26. J.F. Gurbanova, A.F. Amirova, İ.İ. Huseynova. The role of the immune state of the endometrium in the recurrent implantation disorders and miscarriages. Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri, Cild 12, N01, 2025, səh. 9-16.
27. J.F. Gurbanova, A.F.Amirova., A.S. Hasanova, İ.İ. Huseynova. The role of immune regulation and immunomodulation of the endometrium in the prevention of recurrent implantation disorders and miscarriages. Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri, Cild 11, N04, 2024, səh. 30-36.
Article Info:
Publication history
Published: 28.Feb.2026
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 35


