Abstrakt
Hörmətli “Müasir Ginekologiya və Perinatologiyanın Aktual Məsələləri” jurnalının oxucuları! Artıq jurnalımızın 2023‐cü ilin dördüncü buraxılışı işıq üzü görür. Bu ilin hər buraxılışı ümummilli lider, ulu öndər Heydər Əliyevin və Azərbaycanın görkəmli elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunur.
Əsas mətn
Hörmətli “Müasir Ginekologiya və Perinatologiyanın Aktual Məsələləri” jurnalının oxucuları! Artıq jurnalımızın 2023‐cü ilin dördüncü buraxılışı işıq üzü görür. Bu ilin hər buraxılışı ümummilli lider, ulu öndər Heydər Əliyevin və Azərbaycanın görkəmli elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunur. Nəşr olunduğu illər ərzində biz oxuculara bir‐birindən maraqlı icmal və orijinal məqalələr, elmi‐tədqiqat işlərinin nəticələrini təqdim etmişik. Əvvəlki nömrələrdə yerli müəlliflərlə yanaşı Rusiya, Türkiyə, Ukraynadan olan kolleqalarımızın elmi işlərinin nəticələrini, “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” assosiasiyasının keçirdiyi beynəlxalq konfrans materiallarını da jurnalımızda çap etmişik. Jurnalın hazırkı buraxılşında Respublikamızda olan müxtəlif elmi‐tədqiqat mərkəzlərinin təqdim etdiyi məqalələri dərc etməyi məqsədəuyğun bildik. Ümid edirik ki, bundan sonra da jurnala daxil edilən məqalələr oxucuların marağına səbəb olacaq və nəşrlərimiz geniş oxucu kütləsi qazanacaq. “Müasir Ginekologiya və Perinatologiyanın Aktual Məsələləri” jurnalı bütün oxuculara öz elmi və praktik fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayır.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 22.Dec.2023
Müəllif hüququ
© 2022-2026. "Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək" İctimai Birliyininin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 46


