Abstrakt
Müasir şəraitdə yeniyetmə qızlarda reproduktiv funksiyanın formalaşma xüsusiyyətləri aktual problem olaraq qalır. Son illərdə Azərbaycanda mediko-demoqrafik vəziyyətin dəyişməsi, o cümlədən doğuşların sayının azalması, yeniyetmə və gənc qızların sağlamlıq vəziyyətinin qeyri-gənaətbəxş olması, xronik somatik xəstəliklərin sayının artması, zərərli vərdişlərin tezliyinin artması, qeyri-kafi və keyfiyyətsiz qidalanma, həddən artıq zehni gərginlik reproduktiv sistemin formalaşmasına az təsvirini göstərir [1-3]. Ədəbiyyat mənbələrinə görə yeniyetmə qızların həyat şəraiti, ailənin aşağı maddi vəziyyəti, qeyri-əlverişli iqlim şəraiti, hipodinamiya, massiv informasiya gərginliyi, fiziki və cinsi inkişafın və aybaşı funksiyasının formalaşmasına və tsiklin tənzimlənməsinə təsir edir [4-9]. Aparılan tədqiqatlara görə pubertat dövrdə müxtəlif faktorların təsiri altında beyinin morfoloji və funksional strukturlarında dəyişikliklər reproduktiv sistemin formalaşmasında cinsi steroid hormonların sekresiyanın artması, nəticədə ikincili cinsi əlamətlərin və aybaşı funksiyasının formalaşmasında əksini tapır [1,5,6].
Əsas mətn
Müasir şəraitdə cinsi yetişkənlik dövrünün müxtəlif mərhələlərində qızların bədən çəkisinin artması, çanağın formalaşması, təqvim yaşı ilə fiziki və cinsi göstəricilərin uyğunsuzluğu, endokrin statusun dəyişməsi reproduktiv funksiyanın formalaşmasına öz təsirini göstərir [1,10]. Qeyd etmək lazımdır ki, Azərbaycan şəraitində çoxsaylı amillərin təsiri nəticəsində yeniyetmə qızlarda reproduktiv funksiyanın formalaşması yuvenil ginekologiyanın aktual problemi olaraq qalır. Problemin aktuallığının nəzərə alaraq hazırki tədqiqatın məqsədi müəyyən edilmişdir.
Tədqiqatın məqsədi: cinsi yetişkənlik dövrünün fizioloji gedişatında fiziki və cinsi inkişafın xüsusiyyətlərini öyrənilməsi olmuşdur.
Klinik material və müayinə metodları. Tədqiqata cinsi yetişkənlik dövrdə olan pkaktiki sağlam 30 qız cəlb edilmişdir. Qızlarda fiziki inkişafının öyrənilməsi üçün boy, çəki, göstəriciləri, qolların açılmış vəziyyətdə məsafəsi (QAM), çiyinlərin eni (ÇE), aşağı ətrafların uzunluğu (AƏU), döş qəfəsinin çevrəsi (DQÇ), çanağın xarici ölçüləri təyin edilmişdir. Müayinə olunan qızlarda Ferriman-Qolvey şkalasına görə tüklənmə dərəcəsi və hirsut rəqəm (HR) hesablanmışdır. Şkalaya görə 9 zonada hirsud rəqəm (HR) hesablanmış və 8-dən çox bal olması hesab edilmişdir. 8-dən aşağı normal tüklənmə kimi qiymətləndirilmişdir: 8-15 bal yüngül hirsutizm, 15-25 bal - orta ağır hirsutizm, 25-dən artıq bal ağır hirsutizm hesab edilir.
Cinsi inkişafı qiymətləndirmək üçün ikincili cinsi əlamətlər J.Tanner şkalasına görə təyin edilmişdir. Tədqiqat zamanı qan serumunda aşağıdakı hormonların: follikulstimuləedici (FSH), lüteinləşdirici (LH), tiroidstimuləedici hormonlar (TSH), prolaktin (Prl), estradiol (E2), ümumi testosteron (Tümumi), dehidroepiandresteron-sulfat (DHEA-S), kortizol (K), 17-hidroksiprogesteron (17-OHP), sərbəst tiroksin (T4) təyin edilmişdir. Aparılan tədqiqatda praktik sağlam qızlarda hemolüminissent üsulu ilə hipotalamus-hipofiz-böyrəküstü vəzi - yumurtalıq sisteminin və tirioid vəzinin funksional aktivliyi qiymətləndirilmişdir.
Aparılan tədqiqatdan alınan nəticələrin statistik təhlili üçün qrup göstəriciləri variasiya sırasında yerləşdirilmişdir. Hər qrup üçün orta ədəi qiymət (M), orta ədədi qiymətin orta kvadratik meyli (σ2) onun standart xətası (Se), eyni zamanda sıraların minimal (min) və maksimal (max) qiymətləri mü-əyyən edilmişdir. Statistik işlənmə «Statgraph» proqramı tətbiq edilməklə aparılmışdır.
Tədqiqatın nəticələri və onların müzakirəsi. Aparılan tədqiqatda pubertat dövrünün fizioloji gedişatı olan qızlarda fiziki-inkişaf xüsusiyyətləri öyrənilmişdir. Alınan nəticələr 1-ci cədvəldə təqdim edilmişdir. 1-ci cədvəldən göründüyü kimi, pubertat dövrdə müasir şəraitdə QAM-ın AƏU-nun və DQÇ-nin Л.А.Наджи [10] tədqiqatlarının nəticələrində statistik dürüst səviyyədə artması müşahidə edilir. Çəkinin, ÇE, çanağın xarici ölçülərinin və hirsut rəqəmin artmasına baxmayaraq, Л.А.Наджи-nin [10] göstəricilərindən nəzərəçarpacaq dərəcədə fərqlənmirlər.
Aparılan tədqiqatda müayinə olunan qızların ikincili cinsi əlamətlərinin inkişaf xüsusiyyətləri qiymətləndirilmişdir. Alınan nəticələr cədvəl 2-də təqdim edilmişdir.
Cədvəl 2-dən göründüyü kimi, müayinə olunan qızlarda qoltuqaltı və qasıqüstü tüklənmənin statistik dürüst dərəcədə azalması qeyd edilir (P<0,05). Süd vəzilərinin inkişafı səviyyəsi əsas və müqayisə qruplarında praktik olaraq fərqlənmir. Tədqiqatda müayinə olunan qızlarda hipotala-mus-hipofiz-böyrəküstü vəzi-yumurtalıq sisteminin və tiroid vəzinin funksiyası qiymətləndirilmişdir. Alınan nəticələr 3-cü cədvəldə təqdim edilmişdir. Cədvəl 3-dən göründüyü kimi, tədqiqata cəlb edilmiş praktik sağlam qızların pubertat dövründə N.E.Axundovanın [1] göstəricilərlə müqayisəsində Prl, T3-in yüksək, 17-OHP və E2 statistik dürüst dərəcədə aşağı olması müşahidə edilmişdir. Eyni zamanda bu göstəricilər tədqiqat aparılan klinik laboratoriyanın fizioloji göstəricilərinə uyğundur.
Beləliklə, pubertat dövrünün fizioloji gedişatı olan qızlarda fiziki inkişaf göstəricilərindən qolların açılmış vəziyyətdə məsafəsinin (176,9±1,13 sm), aşağı ətrafların uzunluğunun (96,7±2,1 sm), döş qəfəsinin çevrəsinin (96,2±0,11 sm) statistik dürüst dərəcədə artması (P<0,05), eyni zamanda ikincili cinsi əlamətlərin inkişaf xüsusiyyətlərindən qoltuqaltı tüklənmə (2,0±0,3 bal), qasıqüstü tüklənmə (2,0±0,03 bal) azalması təyin edilir (P<0,05). Müayinə olunan qızlarda PRL-nın (4,46±0,19 nq/ml), T3-nin (2,9±0,03 nq/dl) yüksək olması, 17-OHP-un (0,31±0,01 nq/ml), E2-un (135,31±27,1 pq/ml) aşağı olması təyin edilir (P<0,05). Cinsi yetişkənlik dövrünün tədqiq edilən göstəricilərin dəyişməsinə baxmayaraq, bu parametrlər fizioloji gedişatının parametrlərinə uyğun olmuşdur və pubertat dövrün fizioloji gedişatının meyarları kimi qəbul edilə bilər.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Axundova N.E., Əliyeva E.M., Məmmədhəsənov R.M., Əliyeva Ş.E. Cinsi yetişkənlik dövründə hiperandrogeniya olan qızların klinik xarakteristikası // Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı, 2018, №2, s.40-45.
2. Исмайлова А.Д., Алиева Э.М., Асадов Б.М. Особенности физического и полового развития девочек с задержкой умственного развития. // Современная педиатрия. Научно-практический журнал МЗ Украины, 2011, №1.с. 49-51
3. Наджи Л.А., Алиева Э.М., Эфендиева А.Г. Особенности формирования вторичных половых признаков и становления менструальной функции у девочек с опухолевидными образованиями яичников в периоде полового созревания// Medikal practice.Практична Медицина,- том XVI),- (Львiв, «ПМ» Науково-практичный журнал. 2010,- №6,- стр 65-70
4. Abreu A.P., Kaiser U.B. Pubertal development and regulation // Lancet Diabetes Endocrinol, 2016, vol.4, №3, p.254-264.
5. Axundova N.E., Əliyeva E.M., Məmmədhəsənov R.M., Əliyeva Ş.E. Cinsi yetişkənlik dövründə hiperandrogeniya olan qızların klinik xarakteristikası // Azərbaycan təbabətinin müasir nailiyyətləri. Bakı, 2018, №2
6. Day F.R., Perry J.R., Ong K.K. Genetic regulation of puberty timing in humans // Neuroendocrinology, 2015, №102, p.247-255.
7. Li W., Liu Q., Deng X., Chen Y., Liu S. Association between obesity and puberty timing: a systematic review and meta-analysis // Int J Environ Res Public Health, 2017, №14, p.1266.
8. Mackwy A.., Alrasheedi A. Prevalence of Obesity Among Teenagers Girls in Buraidh in Al-Qassim Region // J. of Obesity and Nutritional Disorders, 2018, vol.3, №2, p.1-13.
9. Мельник Л.А., Иова А.С., Щугарева Л.М. Состояние здоровья детей, рожденных при помощи вспомогательных репродуктивных технологий // Педиатрия, 2017, вып.96, №1, с.110-116.
10. Наджи Л.А., Алиева Э.М. Особенности физического развития девочек с физиологическим течением периода полового созревания.// Azərbaycan təbabətin müasir nailiyyətləri.-2010.-№4.-səh 47-50.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 28.Feb.2026
Müəllif hüququ
© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 57


