Abstrakt

Hamiləliklə əlaqədar hipertenziv vəziyyətlər (HHV) mamalıq patologiyaları arasında aparıcı yerlərdən birini tutur və həm ana, həm də dölün sağlam-lığı üçün ciddi təhlükə yaradır [1-7]. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hipertenziya hallarını ana və perinatal ölüm hallarını azaltmaq üçün prioritet istiqamətlərdən biri kimi qeyd edir. Qlobal ana ölüm strukturunda hipertenziya hallarının tezliyi doğuş-dan sonrakı qanaxmalardan sonra ikinci yerdə qərarlaşır [8-13]. ACOG-un (Amerika Mama və Ginekoloqlar Kolleci) 2020-ci il təsnifatına əsasən, hipertenziv vəziyyətlər aşağıdakı formalarda təqdim olunur: hestasion hipertenziya; preeklampsiya (ağırlaşma əlamətləri ilə və ya olmadan); eklampsiya; xroniki arterial hipertenziya; xroniki hipertenziya fonunda inkişaf edən preeklampsiya [14].

Əsas mətn

ÜST və beynəlxalq perinatal reyestrlərin məlumatlarına görə, hipertenziv vəziyyətlər bütün hamilə qadınların 5-10%-də diaqnostika olunur. Bunların içərisində: hestasion hipertenziya - təqribən 6% hallarda; preeklampsiya - əhalidən asılı olaraq 2-8%; xroniki hipertenziya - 1-5%; xroniki hipertenziya fonunda preeklampsiya - 0,2-1% hallarda müşahidə olunur [14,15]. Xüsusilə diqqətə layiq hal odur ki, preeklampsiya bu gün də müasir mamalıq praktikasının ən aktual problemlərindən biri olaraq qalır və maternal və perinatal xəstələnmə və ölüm səbəbləri arasında aparıcı mövqelərdədir. Preeklampsiya doğuş prosesinin klinik gedişatını ağırlaşdırır və təxminən 15% erkən doğuş hallarına səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə isə preeklampsiya ana ölüm hallarının 9-26%-ni təşkil edir [16].

Hər il preeklampsiya 76 000 ananın və 500 000 yenidoğulmuşun həyatına son qoyur [1]. ABŞ-da preeklampsiya ana ölümün altı əsas səbəbi arasında yer alır [17]. Prenatal nəzarətin inkişafına baxmayaraq, hipertenziya ilə ağırlaşmış hamiləliklərin payı perinatal yardımın əlçatanlığının aşağı olduğu ölkələrdə yüksək olaraq qalır. Bu halın tezliyi səhiyyə resurslarının məhdud olduğu ölkələrdə, eləcə də yüksək riskli qruplarda-ilk dəfə doğan qadınlar, 35 yaşdan yuxarı hamilələr, çoxdöllü hamiləlik, şəkərli diabet, piylənmə və digər ağırlaşdırıcı amillərlə müşayiət olunan hallarda daha yüksəkdir [17,18]. Qeyd olunmalıdır ki, patofizioloji nəzəriyyələrin çoxsaylı olmasına baxmayaraq, preeklampsiya hələ də müxtəlif klinik fenotiplərlə xarakterizə olunan çoxfaktorlu və heterogen bir xəstəlik kimi qiymətləndirilir [19].

Klassik anlayışa görə, preeklampsiya - 20-ci hamiləlik həftəsindən sonra ortaya çıxan arterial hipertenziya ilə, proteinuriya və/və ya sistem disfunksiyası əlamətləri ilə müşayiət olunur. Müasir tədqiqatlar bu anlayışı genişləndirir. Xüsusilə, Prixodko və b. (2025) təklif etdiyi konsepsiyaya əsasən, preeklampsiya - dölə məxsus nseyrospesifik zülallarla ana orqanizminin komplement sistemi arasında baş verən stereo-kimyəvi qarşılıqlı təsir nəticəsində formalaşan hestasion neyro-immun kompleks endotelyozudur. Bu yanaşma preeklampsiyanı sadəcə pozulmuş plasentasiyanın nəticəsi kimi deyil, dölə qarşı sistemik damar və iltihabi cavab kimi izah etməyə imkan verir [6]. Bisson C., Dautel S., Patel E. və b., preeklampsiyanın patogenezi təkcə hamiləliklə məhdudlaşmır, o, ana orqanizmində bir çox orqan və sistemlərə təsir edir və gələcəkdə xroniki hipertenziya, ürək-damar və kognitiv pozuntuların inkişafı ilə nəticələnə bilər [15].
Preeklampsiyanın inkişafında angiogen faktorların rolu xüsusi elmi maraq doğurur. Müasir patogenetik nəzəriyyələrə əsasən, əsas rollardan biri angiogen və antiangiogen faktorlar - sFlt-1, sEng, PlGF tərəfindən oynanılır. sFlt-1 və sEng səviyyəsinin artması endotelial disfunksiyaya və vazokonstriksiyaya səbəb olur [20-22]. Texnologiyaların inkişafı ilə bu biomarkerlərin nisbətlərinin hesablanması və onların prediktiv alqoritmlərə daxil edilməsi vasitəsilə preeklampsiyanın proqnozlaşdırılması mümkün olmuşdur [23-27]. Əlavə olaraq, bu gün trofoblast preeklampsiyanın perspektivli və patogenetik cəhətdən əsaslandırılmış biomarkeri kimi nəzərdən keçirilir. Trofoblast hüceyrələrinin hamilə qadının periferik qanında aşkar olunması bu ağırlaşmanın erkən proq-nozlaşdırılmasının dəqiqliyini artırmağa və vaxtında profilaktik tədbirlərin görülməsinə imkan yaradır. Bu isə, öz növbəsində, ana və perinatal ölüm riskinin azalmasına səbəb olur. Trofoblast hüceyrələrinin daha dərindən öyrənilməsi preeklampsiyanın patogenez mexanizmlərinə əsaslanan yeni hədəflənmiş müalicə yanaşmalarının işlənib hazırlanması üçün imkanlar açır [3, 15, 22,28]. Yardımçı reproduktiv texnologiyaların (YRT) köməyi ilə hamilə qalmış qadınlarda preeklampsiyanın inkişafını qabaqcadan xəbər verə biləcək yeni prediktorların aşkarlanması bu ağırlaşmanın erkən və əsaslandırılmış profilaktikası üçün mühüm rol oynayır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, qranulositmakrofaq koloniya stimullaşdırıcı faktoru (GM-KSF) səviyyəsi hemostaz pozğunluğu olan pasiyentlərdə ən aşağı göstəricilərə malik olur. Hamiləliyin artıq 4-6-cı həftələrində sonradan preeklampsiya inkişaf etmiş qadınlarda GM-KSF konsentrasiyasının əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilmişdir: genetik trombofiliya mövcud olan hallarda səviyyə 79,4% azalmışdır, hiper-koaqulyasiya əlamətləri olduqda isə bu göstərici 63,6% azalmışdır - normal dəyərlərlə müqayisədə. YRT-dən sonra hamilə qalmış qadınlarda qan serumunda GM-KSF səviyyəsinin qiymətləndirilməsi və hemostaz sisteminin vəziyyətinin təhlili birgə şəkildə yüksək prognostik əhəmiyyətə malikdir. Bu parametrlər yalnız preeklampsiyanın inkişaf mexanizmləri haqqında bilikləri dərinləşdirmir, həm də hamiləliyin ilk trimestrindən etibarən yüksək riskli qadınların identifikasiyasına imkan verir. Bu, öz növbəsində, preeklampsiyanın qarşısının alınması məqsədilə erkən, patogenetik cəhətdən əsaslandırılmış profilaktik terapiyanın təyin olunmasına imkan yaradır [5]. Preeklampsiyanın inkişaf riskini artıran amillər arasında piylənmə və qadın yaşının 35-dən yuxarı olması xüsusilə qeyd edilir. Seno Adjie və b. apardığı tədqiqat göstərmişdir ki, bədən kütlə indeksi (BKİ)>30, 35 yaşdan yuxarı olmaq, çoxdöllü hamiləlik, xroniki hipertenziya və 2-ci tip şəkərli diabet preeklampsiyanın ağır formalarının və onun fəsadlarının, o cümlədən HELLP-sindrom və eklampsiyanın yaranma riskini əhəmiyyətli dərəcədə artırır [25,29]. Bundan əlavə, genetik meyilliyin rolu da inkar edilmir. Xüsusilə, APOL1 geninin müəyyən allelinin mövcudluğu yüksək riskin mümkün biomarkeri kimi qiymətləndirilir [17].

Preeklampsiyalı hamilə qadınlarda klinik təzahürlər və nəticələr nələrdir? Bu məsələ bir çox tədqiqatçının diiqətinə səbəb olur. Preeklampsiya, əsasən, hamiləliyin ikinci və ya üçüncü trimestrində inkişaf edən ciddi fəsadlardan biridir. Belə ki, Simanov İ.V. vurğulayır ki, preeklampsiya zamanı hamiləliyin pozulması təhlükəsi, anemiya, vaxtından əvvəl doğuş və ciftin ayrılması hallarının tezliyi əhəmiyyətli dərəcədə artır. Ağır hallarda vaxtından əvvəl doğuş riski 59%-ə qədər yüksəlir [8]. Xəstəliyin klinik mənzərəsi klassik triada ilə xarakterizə olunur: arterial təzyiqin 140/90 mm c. s. və daha yüksək səviyyəyə qalxması, proteinuriya (sutkalıq sidikdə 300 mq-dan çox protein itkisi), periferik ödemlərin olması. Lakin, preeklampsiya zamanı baş verən patoloji dəyişikliklər yalnız bu simptomlarla məhdudlaşmır. Qaraciyər də ciddi şəkildə zədələnir: onun toxumasında fibroz dəyişikliklər formalaşır ki, bu da kompleks patogenetik mexanizmlərlə əlaqədardır. Bu mexanizmlərin əsasında endotelial disfunksiya, iltihab kaskadlarının aktivləşməsi və immun home-ostazın pozulması durur. Bu proseslər sistemli iltihabi reaksiyaları işə salır və qaraciyər fibrozunun inkişafı üçün şərait yaradır [9].

Preeklampsiyalı pasiyentlər arasında profilaktik yanaşmalar və bu kontingentin monitorinqi ilə bağlı məsələlər xüsusi elmi maraq doğurur. Belə ki, Chang K.J. et al. araşdırmaları profilaktikanın əhəmiyyətinə diqqət çəkir: yüksək risk qrupuna daxil olan qadınlar üçün hamiləliyin 12-ci həftəsindən etibarən aşağı dozalı aspirinin gündəlik qəbulu preeklampsiya hallarının tezliyini əhəmiyyətli dərəcədə azaltdığını sübut etmişdir [16,23]. Preeklampsiyanın müasir terapevtik strategiyalarına aşağıdakılar daxildir: antiangiogen terapiya, hipoksiya şəraitində aktivləşən faktorların inhibisiyası, statinlərin və bioloji aktiv maddələrin (koenzim Q10, azot oksidi və hidrogen-sulfid donorları) istifadəsi [17]. Qeyd etmək lazımdır ki, azot oksidi və hidrogen sulfid donorları olan birləşmələr, bu qaz şəklində olan molekulların orqanizmdə sintezini artıraraq geniş spektrli fizioloji təsirlərə səbəb olur. Azot oksidi (NO) damar tonusunun tənzimlənməsində əsas rol oynayır, damarların genişlənməsinə, mikrosirkulyasiyanın yaxşılaşmasına, fiziki dözümlülüyün artmasına kömək edir və eyni zamanda kognitiv funksiyaların tənzimlənməsində də iştirak edə bilər. Hidrogen sulfid (H2S) isə damar genişləndirici təsiri ilə yanaşı, güclü iltihab əleyhinə potensiala və ifadəli antioksidant xüsusiyyətlərə malikdir.
Diaqnostik vasitələrə aşağıdakılar aiddir: tibbi-genetik risk analizi (MAP), uşaqlıq arteriyalarının pulsasiya indeksinin (UtA-PI) qiymətləndirilməsi, hamiləliklə assosiasiya olunmuş plazma zülalı A (PAPP-A - Pregnancy-Associated Plasma Protein A) göstəriciləri [17]. Həmidova A.V., Bağırova X.F. tərəfindən aparılan tədqiqatda erkən mərhələdə başlanan profilaktik tədbirlərin ciftdə baş verən patoloji dəyişikliklərin, dölün bətndaxili inkişafının ləngiməsi (DBİL) və qan dövranı pozulmalarının tezliyini azaltdığını, həmçinin perinatal nəticələrin yaxşılaşmasına səbəb olduğunu göstərmişlər [4].

Şekleina K.V., Terekhina V.Y. və b. preeklampsiyanın ana ilə bağlı və ya ciftin formalarının inkişafını proqnozlaşdırmaq məqsədilə birinci trimestrdə aparılan kompleks skrininq və klinik-anamnestik məlumatlar əsasında effektivlik qiymətləndirməsi aparmışlar [11]. 373 hamilə qadının daxil olduğu retrospektiv tədqiqat zamanı müəlliflər 11-14-cü həftələrdə (I trimestr) ana və cift tərəfdən preeklampsiyanın proqnozlaşdırılmasının dəqiqliyini qiymətləndirmişlər. Təkcə ana tərəfdən faktorlar əsasında: gec preeklampsiya halları 36,7%, erkən preeklampsiya isə 29,6% hallarda düzgün proqnozlaşdırılmışdır. Lakin, dopplerometriya və biokimyəvi göstəricilər daxil edilən kombinə edilmiş skrininq diaqnostik səmərəliliyi 53,9%-ə qədər artırır, xüsusilə erkən preeklampsiya hallarının aşkar edilməsində. Müəlliflər vurğulayırlar ki, proqnozun dəqiqliyini artırmaq üçün regional xüsusiyyətlər nəzərə alınmalı və alqoritmlər lokal şəraitdə sınaqdan keçirilməlidir [12].

Bir sıra tədqiqatlar uşaqlıq arteriyalarının dopple-rometriyası və serum biomarkerlərinin səviyyəsinin qiymətləndirilməsi, məsələn, D vitamini, sFlt-1/PlGF nisbəti, sEng səviyyəsi, həmçinin T-limfositlərin sub-populyasiyalarının analizi - erkən mərhələdə preeklampsiya riskinin aşkarlanmasında ümidverici nəticələr göstərmişdir. Lakin, bu günə qədər bu yanaşmalardan hansının daha yüksək proqnostik dəyərə malik olduğu və ya bir neçə metodun birgə istifadəsinin tək biomarkerə nisbətən daha dəqiq proqnoz verib-vermədiyi sual olaraq qalır [13,18].

Beləliklə, preeklampsiya təkcə ana sağlamlığı ilə əlaqəli xəstəliklərin əsas səbəblərindən biri deyil, eyni zamanda perinatal nəticələrə də ciddi təsir göstərir. Bu patologiya döl üçün bir sıra ağır fəsadlarla əlaqələndirilir, o cümlədən: bətindaxili inkişafın ləngiməsi (DBİL), vaxtından əvvəl doğuş, dölün distress sindromu. Vaxtında müdaxilə olunmadığı halda aşağıdakı ağırlaşmalar mümkündür: dölün kəskin hipoksiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması. Bu patologiyası olan hamilələrin aparılması hestasiyanın mümkün qədər təhlükəsiz uzadılmasına və dölün ağciyər toxumasının yetişməsinə şərait yaratmağa, eyni zamanda aşkarlanmış dəyişikliklərin korreksiyasına əsaslanır [29]. Müasir yanaşma döl üçün təhlükəsizlik və doğuşun vaxtında apa-rılması, habelə vaxtından əvvəl doğuşun ağırlaşmalarının qarşısının alınmasına yönəlmişdir. Bu məqsədlə hestasiya müddətindən asılı olaraq antenatal kortikosteroidlər və/və ya maqnezium sulfat tətbiq olunur. Preeklampsiya təkcə hamiləliyin gedişatına təsir edən kəskin vəziyyət kimi deyil, həm də uşaqların gələcək sağlamlığına mənfi təsir göstərən faktor kimi də daha geniş nəzərdən keçirilir. Belə ki, bətndaxili dövrdə preeklampsiyaya məruz qalmış uşaqlarda sonradan ürək-damar sisteminə aid pozulmaların, o cümlədən, arterial hipertenziya və endotelial disfunksiyanın inkişaf riski ilə əlaqə müəyyən olunmuşdur [30,31].

Beləliklə, preeklampsiya yalnız hamiləliyin kəskin fəsadı deyil, eyni zamanda qadınlarda gələcək kardiometabolik pozuntuların prediktorudur. Preeklampsiya ilə ürək-damar xəstəlikləri, kognitiv funksiyaların azalması və xroniki hipertenziya riski arasındakı əlaqə bir sıra populyasiya tədqiqatları ilə təsdiq olunmuşdur [31].

Bu gün preeklampsiya artıq yalnız hipertenziya halı deyil, immun, damar və metabolik əsaslı çoxsistemli poliorqan xəstəlik kimi qiymətləndirilir. Patogenez haqqında müasir biliklər - angiogen faktorlar və immun mexanizmlərin iştirakı ilə - fərdiləşdirilmiş profilaktika, erkən diaqnostika və müalicə yanaşmalarının inkişafına yol açır. Bu baxımdan, preeklampsiya keçirmiş qadınların uzunmüddətli müşahidəsi mühüm aktuallıq kəsb edir və kardiovaskulyar fəsadların vaxtında qarşısının alınması məqsədi daşıyır. Nəticə olaraq, hamiləlikdə hipertenziya vəziyyətləri yüksək klinik və sosial əhəmiyyətə malikdir. Onların yayılma tezliyi, ağırlaşmaların ciddiliyi və ana və uşağın sağlamlığına uzun-müddətli təsirləri bu problemi mamalıq sahəsində davamlı elmi və praktik diqqət tələb edən bir məsələ halına gətirir.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Арзамасцева А.В., Габдуллина К.И. Новый маркер развития преэклампсии­лавинообразное увеличение фетальных клеток в крови матери. // Молодежный инновационный вестник. ­ 2024, т. 13. Приложение 1, с. 4­5
2. Бахтиёрова Ф., Рахмонова П., Абдубокиева Д., Юлдашева М. Эклампсия и преэклампсия во время беременности. Почечная недостаточность. // Медицина, педагогика и технология: теория и практика. – 2024, т. 3, № 2, с. 242­244. https://universalpublishings.com
3. Борис Д.А., Шмаков Р.Г. Преэклампсия: современные концепции патогенеза. // Ж. Акушерство и гинекология. – 2022, № 12, с. 12­17 https://dx.doi.org/10.18565/aig.2022.213
4. Гамидова А.В., Багирова Х.Ф. Влияние профилактических мероприятий преэклампсии на состояние фетоплацентарного комплекса // Азербайджанский Медицинский журнал, ­ 2021 т. 4, ­ с. 26­31. DOI: 10.34921/amj.2021.4.004
5. Пицхелаури Е.Г., Стрижаков А.Н., Богачева Н.А., Кузьмина Т.Е., Федюнина И.А. Возможности прогнозирования развития преэклампсии с ранних сроков беременности у пациенток после Актуальные вопросы современной гинекологии и перинатологии 12 №03/2025 19 вспомогательных репродуктивных технологий. // Ж. Акушерство, Гинекология и Репродукция. ­ 2019, т. 13(4), ­ с. 305­312. DOI: 10.17749/2313­7347.2019.13.4.305­312.
6. Приходько А.М.., Логинов В.В., Тысячный О.В., Романов А.Ю., Баев О.Р. Современные представления о развитии преэклампсии и способах ее предикции. // Ж. Медицинский совет. ­ 2025, ­ т. 19(5), ­ p. 136­144. https://doi.org/10.21518/ms2025­144
7. Савельева Г.М., Сухих Г.Т. с соавт. Акушерство: национальное руководство / под ред. Г.М. Савельевой, Г.Т. Сухих, В.Н. Серова, В.Е. Радзинского. ­ 2­е изд., перераб. и доп. ­ Москва: ГЭОТАР­Медиа, ­ 2022. ­ 1080 с.
8. Симанов И.В. Особенности течения беременности при преэклампсии различной степени тяжести на современном этапе. // Архив акушерства и гинекологии им. В.Ф. Снегирёва. ­ 2020, т. 7(1), ­ с. 47­52. DOI: http://dx.doi.org/10.18821/2313­8726­2020­7­1­47­52
9. Уктамова Ю.У., Худоярова Д.Р. Преэклампсия и её влияние на эластичность печени. / Труды научной конференции по междисциплинарным исследованиям. ­ 2025. Бурса, Турция, с. 106­ 109. website: econfseries.com 
10.Шкуренко Ю.В., Ибатов А.Д., Трофимова С.Ю. Актуальные вопросы патогенеза и профилактики преэклампсии. // Клиническая медицина. ­2023, т. 101(12), ­ с. 651­656. DOI: http://dx.doi.org/10.30629/0023­2149­2023­101­12­651­656
11.Щеклеина К.В., Терехина В.Ю., Чабан Е.В., Николаева М.Г. Возможность прогнозирования различных фенотипов преэклампсии в первом триместре беременности (результаты двухцентрового ретроспективного исследования) // Журнал Aкушерства и Женских Болезней.­ 2022, т. 71. № 1, с. 91­101. DOI: https://doi.org/10.17816/JOWD76951
12. Abalos E., Cuesta C., Grosso A.L. et al. Global and regional estimates of preeclampsia and eclampsia: a systematic review. // Eur. J. Obstet. Gynecol. Reprod. Biol. – 2013, ­ vol. 170(1), c.1­7. DOI: 10.1016/j.ejogrb.2013.05.005 
13. Abbas R.A, Ghulmiyyah L., Hobeika E., Usta I.M., Mirza F., Nassar A.H. Preeclampsia: A Review of Early Predictors. // J. Maternal­Fetal Medicine. ­ 2021, ­ vol. 3(3), ­ p. 197­202. DOI: 10.1097/FM9.0000000000000088
14. American College of Obstetricians and Gynecologists (ACOG). Practice Bulletin No. 222: Gestational Hypertension and Preeclampsia. // J. Obstet. Gynecol. ­ 2020, ­ vol. 135(6), ­ p. 237­260.
15. Bisson C., Dautel S., Patel E., Suresh S., Dauer P., Rana S. Preeclampsia pathophysiology and adverse outcomes during pregnancy and postpartum. // J. Frontiersin Medicine. 2023, ­ vol.10:1144170, ­ p.  1­10 doi: 10.3389/fmed.2023.1144170
16. Chang K.J., Seow K.M., Chen K.H. Preeclampsia: Recent Advances in Predicting, Preventing, and Managing the Maternal and Fetal Life­Threatening Condition. // International Journal of Environmental Research and Public Health. ­ 2023, ­ vol. 20, ­ p. 2994. https://doi.org/10.3390/ ijerph20042994
17. Dickerson A.G., Joseph C.A., Kashfi K. Current Approaches and Innovations in Managing Preeclampsia: Highlighting Maternal Health Disparities. // J. Clin. Med. ­ 2025, ­ vol.14, ­ p. 1190.https://doi.org/10.3390/ jcm14041190
18. Elovitz M.A., Gee S., Delaney­Busch N., Moe A.B., Reddy M., Khodursky A., La J., Abbas I. at all. Molecular subtyping of hypertensive disorders of pregnancy. // J. Nature Communications. ­ 2025, ­vol. 16, ­ p. 2948. https://doi.org/10.1038/ s41467­025­58157­y
19. Erez O., Romero R., Jung E., Chaemsaithong P., Bosco M., Suksai M., Gallo D. M., Gotsch F. Preeclampsia and eclampsia: the conceptual evolution of a syndrome. // American Journal of Obstetrics and Gynecology. ­ 2022, ­ p. 786­803. https://doi.org/10.1016/j.ajog.2021.12.001
20. Fox R., Kitt J., Leeson P., Aye Ch., Lewandowski A. J. Preeclampsia: Risk Factors, Diagnosis, Management, and the Cardiovascular Impact on the Offspring // J. Clin. Med. ­ 2019, ­ vol. 8(1625), ­p. 1­22. DOI:10.3390/jcm8101625
21. Henderson J.T., Whitlock E.P., O’Connor E., et al. Low­dose aspirin for prevention of morbidity and mortality from preeclampsia: A systematic evidence review. // J. Ann Intern Med. ­ 2014, ­vol.160(10), ­ p. 695­703. DOI:10.7326/M13­2844
22.Ives Ch. W., Sinkey R., Rajapreyar I., Tita Suzanne Oparil A. Preeclampsia ­Pathophysiology and Clinical Presentations // Journal of the American college of cardiology. ­ 2020, ­ vol. 76(14), ­ p.1 690­1702. https://doi.org/10.1016/j.jacc. 2020.08.014
23.Rolnik D.L., Wright D., Poon L.C. et al. Aspirin versus placebo in pregnancies at high risk for preterm preeclampsia. // N. Engl. J. Med. ­ 2017,­ vol. 377(7), ­ p. 613­622. DOI:10.1056/NEJMoa1704559
24. Say L., Chou D., Gemmill A. et al. Global causes of maternal death: a WHO systematic analysis. // Lancet Glob. Health. ­ 2014, vol. 2(6), ­ p. 323­333. DOI:10.1016/S2214­109X(14)70227­X 
25. Seno Adjie J.M., Angkawijaya C. Profile of Preeclampsia Patients with Aggravating Factors: A Retrospective Study. // The Open Public Health Journal. ­ 2023, ­ vol. 16, ­ p. 1­6. DOI: 10.2174/0118749445241244231123111732
26. Sibai BM. Diagnosis and management of gestational hypertension and preeclampsia. // J. Obstet Gynecol. – 2003, ­ vol. 102(1), ­ p. 181­192.
27. Tabacco S., Ambrosii S., Polsinelli V., Fantasia I., D’Alfonso A., Ludovisi M., Cecconi S., Guido M. Pre­Eclampsia: From Etiology and Molecular Mechanisms to Clinical Tools ­ A Review of the Literature. // Curr. Issues Mol. Biol. ­ 2023, ­ vol. 45, ­ p. 6202­6215. https://doi.org/ 10.3390/cimb45080391
28. Tamas P., Kovacs K., Varnagy A., Farkas B., Wami G.A., Bodis J. Preeclampsia subtypes: Clinical aspects regarding pathogenesis, signs, and management with special attention to diuretic administration. // European Journal of Obstetrics and Gynecology and Reproductive Biology. ­ 2022,  vol. 274, ­ p. 175­181. https://doi.org/10.1016/j.ejogrb.2022.05.033
29.WHO Recommendations for Prevention and Treatment of Pre­Eclampsia and Eclampsia. Geneva: WHO Press; 2011. ­ с. 17.
30.WHO. Maternal mortality: Levels and trends 2000­2020. Geneva, 2023.
31.Wu P., Haththotuwa R., Kwok C.S. et al. Preeclampsia and future cardiovascular health: a systematic review and meta­analysis. Circulation: Cardiovascular Quality and Outcomes. ­ 2017, ­ vol. 10(2):e003497. doi:10.1161/CIRCOUT COMES.116.003497. 

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 28.Jul.2026

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

HAMİLƏLİK ZAMANI SOMATİK OKSİMETRİYANIN TƏTBİQİNİN ƏHƏMİYYƏTİ

Baxılıb: 32